Previous Next
Bağla

Danışan kitab saytının və mobil tətbiqinin təqdimatı olub

27-06-2019 15:47
Danışan kitab saytının və mobil tətbiqinin təqdimatı olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifarişi əsasında həmin kateqoriyadan olan uşaqlar üçün hazırlanmış “Danışan kitab” saytının və mobil tətbiqinin təqdimatı olub. 

Xeberler.az bildirir ki, tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, millət vəkilləri, bir sıra özəl şirkətlərin təmsilçiləri iştirak edib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov tədbiri giriş sözü ilə açaraq vurğulayıb ki, Prezident cənab İlham Əliyevin uğurlu sosial siyasətinin mühüm istiqamətlərindən biri də sağlamlıq imkanları məhdud uşaqların etibarlı sosial müdafiə sistemi və səmərəli reabilitasiya tədbirləri ilə əhatə olunmasına yönəlib. Bu kateqoriyadan olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının da prinsipləri nəzərə alınmaqla aparılan işlərin miqyası ildən-ilə genişlənir. Həmin işlər sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri üzrə qeyri-hökumət qurumları tərəfindən icra olunan reabilitasiya yönümlü sosial xidmət layihələri də önəmli yer tutur. Belə layihələrdən biri kimi, “Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” üzrə sifariş əsasında “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi tərəfindən “Danışan kitab” saytı və saytın mobil tətbiqi də hazırlanıb.

Nazir müavini qeyd edib ki, məqsəd əsərlərin tanınmış aktyorlar tərəfindən səsləndirilməsi yolu ilə görmə imkanları məhdud uşaqların hər hansı haqq ödəmədən müasir avadanlıqlardan istifadə edərək, bədii və elmi ədəbiyyatın müxtəlif nümunələrini dinləmələrinə şərait yaradılmasıdır. Bu da onların cəmiyyətə inteqrasiya imkanlarının artırılmasının dəstəklənməsinə xidmət edir. Sayt həmin uşaqların uşaqların informasiya əldə etmək imkanlarını asanlaşdırır, onlara müxtəlif əsərləri komyuter və telefon vasitəsilə rahat şəkildə dinləməyə imkan yaradır. 

Sonra yeni saytın və mobil tətbiqinin video təqdimatı olub.

 Saytda görmə imkanları məhdud uşaqların ehtiyacları, mütaliə zövqü nəzərə alınmaqla, saytda Azərbaycan və dünya müəlliflərinin seçilmiş əsərləri Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlının, Əməkdar artistlər Vidadi Həsənov və Hüsniyyə Mürvətovanın, “Yuğ Dövlət Teatrı”nın aktyoru Amid Qasımovun ifasında səsləndirilərək təqdim edilir. Saytın xüsusi mobil tətbiqində sadə istifadə imkanı mövcuddur və bununla barabər, inklüzivlik nəzərə alınmaqla,  ölkəmizdə ilk dəfə olaraq səslə idarəetmə imkanı verən mobil tətbiq yaradılıb. Layihənin gələcəkdə icrası və daha da inkişaf etdirilməsi nəzərdə tutulur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

Autizmli uşaqlar üçün mobil tətbiq və saytın təqdimatı olub

01-06-2022
Ekspert:“AutizmDERS” vasitəsilə valideynlər 200 video dərsdən istifadə edə biləcək

Ekspert:“AutizmDERS” vasitəsilə valideynlər 200 video dərsdən istifadə edə biləcək

01-06-2022
Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

Azercell və Azərbaycan Milli Paralimpiya Komitəsi əməkdaşlığı davam etdirir

10-04-2025
Övladlığagötürmə prosesinin elektronlaşdırılmasında şəffaflıq təmin ediləcəkdir

Övladlığagötürmə prosesinin elektronlaşdırılmasında şəffaflıq təmin ediləcəkdir

25-01-2019
Nazirlik danışan kitabxana yaradıb

Nazirlik danışan kitabxana yaradıb

28-11-2016
Daha bir nazirlikdə islahatlar başladı - Fərman

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019
Bakcell 1 iyunu Gəncədə qeyd etdi

Bakcell 1 iyunu Gəncədə qeyd etdi

01-06-2018
Övladlığagötürmə ilə bağlı yeni altsistemin təqdimatı olub

Övladlığagötürmə ilə bağlı yeni altsistemin təqdimatı olub

03-03-2020
Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

Uşaq Paralimpiya Komitəsi işini onlayn davam etdirir

01-05-2020
Övladlığagötürmə ilə bağlı elektron infrastruktur yaradılır

Övladlığagötürmə ilə bağlı elektron infrastruktur yaradılır

28-08-2019
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə V Uşaq Paralimpiya Oyunları keçiriləcək

31-10-2019
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi "Azercell"i təltif etdi

18-01-2023
Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

Vətəndaşlar Vahid Elektron Müraciət Sistemindən rahat şəkildə istifadə edir

19-06-2015
DSMF 5 ayda 86 minə yaxın elektron arayış verib

DSMF 5 ayda 86 minə yaxın elektron arayış verib

05-06-2026
Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

Azercell xüsusi qayğıya ehtiyacı olan uşaqların “Busuu” tətbiqinə çıxışını təmin edir

01-06-2020
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni altsistem hazırlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni altsistem hazırlayır

25-04-2022
Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

Azərbaycanda ilk dəfə sosial reyestri formalaşdıran portalın təqdimatı keçiriləcək

06-11-2018
Sərgi-satış portalı yaradılır

Sərgi-satış portalı yaradılır

20-04-2022
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək

19-12-2025
ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

ASAN xidmət-in “Sənədsiz məktəbli qalmasın” aksiyası davam edir

03-12-2015
1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01-06-2026
 Azercell prezidenti mükafatlandırıldı

Azercell prezidenti mükafatlandırıldı

10-12-2016
ƏƏSMN və ASAN xidmət Memorandum imzalayıb

ƏƏSMN və ASAN xidmət Memorandum imzalayıb

28-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə