Paşa Bank “Oracle FLEXCUBE” platformasını tətbiq edir

22-10-2015 / 13:32

PAŞA Bank yeni “Oracle FLEXCUBE” bank platformasına keçir.

Bankdan Xeberler.az-a verilən məlumata görə, PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımov bildirib ki, ən müasir texnoloji işlənmələri özündə birləşdirən bu bank platforması qərarların qəbul edilməsinin operativliyini və regional miqyasda aparılan biznes proseslərinin operativliyini təmin edəcək.

Qeyd edək ki, Oracle FLEXCUBE xüsusi olaraq maliyyə müəssisələri üçün işlənib hazırlanmış proqram təminatıdır. Əsas bank funksiyalarını, internet çıxışı və s. özündə əhatə edən bu proqram təminatı təşkilata gündəlik iş prosesini modernləşdirməyə imkan verir.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə