Previous Next
Bağla

Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

19-02-2019 11:18
Dövlət Agentliyi Rəqəmsallıqla Reallığa adlı tədbir keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsallıqla Reallığa” adlı tədbir keçirilib.

Xeberler.az  bildirir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov, "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov, bank, kredit və sığorta təşkilatlarının rəhbər şəxsləri, beynəlxalq şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Elektron Hökümətin İnkişafı Mərkəzi tərəfindən həyata keçirilən layihələr, o cümlədən “Rəqəmsallıqla Reallığa” tədbirinin əhəmiyyətindən bəhs edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Asim Zülfüqarov və "Paşa Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edərək, ölkədə maliyyə və bank siyasəti sahəsində, elektron hökümət quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs ediblər.

Elektron Hökümətin İnkişafı Mərkəzi direktoru Fariz Cəfərov mərkəz tərəfindən reallaşdırılan “ASAN Finans” layihəsinin qurumlar üçün yaratdığı üstünlüklərdən bəhs edən təqdimatla çıxış edib. Bildirilib ki, Elektron Hökumət İnformasiya Sisteminin alt-sistemi olan “ASAN Finans” sistemi vasitəsi ilə fərdi sahibkarlar üçün banka getmədən bankın müştərisinə çevrilmək imkanı yaradılıb. Sistemin əsas məqsədi rəqəmsal həllərin maliyyə sahəsinə tətbiqi ilə müştərilərin vaxta, maliyyə qurumlarının isə resurslara qənaət etməsi ilə fasiləsiz və məsafəsiz xidmət göstərilməsini təmin etməkdir.

Qeyd olunub ki, “ASAN Finans” layihəsi ona inteqrasiya olunmuş təşkilatların yeniliklərinə dəstək verir. Beləliklə də, vətəndaşlar rəqəmsal mühitdə özlərinə aid məlumatları “ASAN Finans” sisteminə inteqrasiya olunmuş təşkilatlara elektron formada yönləndirə bilirlər.

“ASAN Finans” layihəsi, eyni zamanda vətəndaşların müraciətlərinin qurumlar tərəfindən operativ şəkildə təmin olunmasına da öz müsbət təsirini göstərir. Belə ki, mövcud sistemdə qurumlar vətəndaşın icazəsi olduğu təqdirdə “ASAN Finans” sistemi vasitəsilə onun haqqında məlumatları rahatlıqla əldə edə bilir. Bununla da qurumlar vaxta və resurslara qənaət etmiş olur.

Sonda tədbir sual-cavab sessiyası və müzakirələrlə davam etdirilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

ASAN Finans vətəndaşlara maliyyə xidmətləri göstərəcək

19-02-2019

ASAN Finans-a qoşulan 4 bank məlum oldu

22-02-2019

ASAN Finans layihəsinin əhatə dairəsi genişlənir

05-04-2019

Yerli vətəndaşlara da ASAN Viza veriləcək

31-03-2018

İnnovasiyalar Agentliyi bank sektorunda innovativ həlləri müzakirə edib

30-08-2019

Dövlət Agentliyinin sədri AmCham Azərbaycanın görüşündə iştirak edib

29-01-2020

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Bu elektron xidmət dövlət büdcəsinə 4,2 milyard qazandırıb

15-11-2022

Elektron Hökumətin İnkişafı Mərkəzi Bakutel 2019-da təmsil olunur

04-12-2019

Dövlət Agentliyinin sədri "GəncLİK" proqramının iştirakçıları ilə görüşüb

17-02-2020

"ASAN xidmət" modeli BMT tərəfindən yüksək qiymətləndirilib

03-06-2025

EHİM-in layihələri 40 milyon AZN-dən çox dövlət vəsaitinə qənaət edib

11-01-2022

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018

Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb

03-09-2020

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

Dövlət sektorunda Rəqəmsal Transformasiya mövzusunda müzakirələr aparılıb

25-11-2019

“ASAN xidmət” brendinin ixracı ilə bağlı növbəti müqavilə imzalanıb

03-06-2025

“ASAN xidmət”in nümayəndə heyəti Qazaxıstanda

25-07-2022

ASAN Məktub layihəsinin 3 yaşı qeyd olunub

21-11-2018

Elektron Hökumət üzrə İcra Qrupunun ikinci görüşü keçirilib

10-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə