Previous Next
Bağla

Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

08-02-2023 11:07
Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

Paytaxtdakı 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyev Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ali məktəblərlə birgə həyata keçirilən Startap Proqramının rəhbəri seçilib.

Xeberler.az-ın məlumatına görə, bununla əlaqədar BŞTİ müdiri Mehriban Vəliyeva 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyevlə görüşüb.

İdarə müdiri startapçı məktəblilərin layihələri ilə bağlı görülən işlərə diqqət çəkərək bildirib ki, BŞTİ ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti arasında startap layihələrlə bağlı görüşlər keçirilib. Görüşlərdə Bakı şəhərində yeləşən ümumi təhsil məktəblərində şagirdlərin start

ap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə ali məktəblərlə birgə həyata keçiriləcək işlərdən danışılıb. İdarə müdiri həmçinin, startap proqramı ilə əlaqədar digər universitetlərlə də əlaqələrin qurulmasının nəzərdə tutulduğunu qeyd edib. M.Vəliyeva startap proqramı üzrə elektron qeydiyyat sisteminin yaradılmasının və seçim meyarlarının formalaşdırılmasının da nəzərdə tutulduğunu bildirib.

Qeyd edək ki, 62 nömrəli məktəb-liseyin X sinif şagirdi Həsən Quliyev Pilotsuz Uçuş Aparatlarının (PUA) hazırlanması ilə məşhurdur. H.Quliyev aerokosmik startap layihəsi olan “AzAstro Texnologiyaları”nı təsis edib. İstedad və bacarığı ilə həmyaşıdlarından fərqlənən H.Quliyev 62 nömrəli məktəb-liseyin “Kiçik Akademiyası”nın prezidenti, həmçinin “AzAstro” startapının həmtəsisçisi və əməliyyatlar direktorudur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023
Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında üç medal qazanıblar

02-08-2025
Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

Beynəlxalq Riyaziyyat Olimpiadasında məktəblilərimizin uğuru

13-07-2023
Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

Azercellin dəstəyi ilə məktəblilər ilin ilk uğuruna imza atıb

17-01-2020
Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

Paytaxt məktəbliləri Beynəlxalq olimpiadalarda 12 medal qazanıblar

25-12-2025
Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

Məktəblimiz proqramlaşdırma olimpiadasında qızıl medal qazanıb

01-03-2025
Ən yaxşı məktəb saytları seçilib

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022
Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

Azercell-in İT sahəsində dəstəklədiyi gənclər ölkəmizə dörd medal qazandırıblar

29-04-2026
Ən yaxşı məktəb saytı açıqlanıb

Ən yaxşı məktəb saytı açıqlanıb

05-03-2018
Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

Azercell-in dəstəklədiyi məktəblilər İnformatika üzrə beynəlxalq bilik yarışmasında uğurla çıxış ediblər

18-01-2024
Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

Ölkəmiz beynəlxalq İnformatika Olimpiadasında uğur qazanıb

21-06-2017
Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

Məktəblilərimiz Avropa İnformatika Olimpiadasında uğur qazanıblar

04-09-2025
 Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

Məktəblilərimiz beynəlxalq Riyaziyyat Olimpiadasında uğur qazanıb

24-07-2017
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur

05-09-2025
“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr   

“TEKNOFEST Azərbaycan”da Bakı məktəblilərindən maraqlı layihələr  

09-06-2022
Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

Məktəblilərimiz Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında (EJOI 2024) uğurla çıxış ediblər

23-08-2024
İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

İnformatika olimpiadasında ölkəmizi təmsil edəcək komandalar seçilib

15-06-2019
Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

Məktəblilərimiz beynəlxalq müsabiqədə 6 medal qazanıblar

21-02-2026
“Rəqəmsal bacarıqlar” layihəsi 275 mindən çox şagirdi əhatə edir

“Rəqəmsal bacarıqlar” layihəsi 275 mindən çox şagirdi əhatə edir

24-12-2025
Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

Azercell-in dəstəyi ilə olimpiadalara hazırlaşan gənclər ölkəmizə daha 3 medal qazandırıb

23-08-2024
Məktəblilərimiz “Stars of Informatics” müsabiqəsində 4 medal qazanıblar

Məktəblilərimiz “Stars of Informatics” müsabiqəsində 4 medal qazanıblar

20-10-2025
Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025
Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

Azərbaycan 36-cı Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunacaq

19-08-2024
Beynəlxalq Fizika Olimpiadasında  məktəblilərimizin uğuru

Beynəlxalq Fizika Olimpiadasında məktəblilərimizin uğuru

18-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə