Previous Next
Bağla

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022 01:02
Ən yaxşı məktəb saytları seçilib

Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin 2021-2022-ci tədris ilinin nəticələrinə görə, Binəqədi rayonu üzrə 205, Sabunçu rayonu üzrə 96, Xətai rayonu üzrə 95, Nərimanov rayonu üzrə 291 nömrəli Ekologiya liseyi, Pirallahı rayonu üzrə 231, Qaradağ rayonu üzrə 166, Suraxanı rayonu üzrə 279, Xəzər rayonu üzrə 120, Nəsimi rayonu üzrə 240,  Nizami rayonu üzrə 12, Səbail rayonu üzrə 239, Yasamal rayonu üzrə 53 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən qalib seçiliblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva qalibləri təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə keçirilir.

M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, xəbərlərin mütəmadi yenilənməsi, xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu vurğulayıb.

Məktəb saytlarında operativliyin artırılmasından bəhs edən İdarə müdiri təhsil müəssisələrinə yeni məktəb saytı modelinin yaradılmasına dair layihələrlə çıxış etmələrini tövsiyə edib.

Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini  bildiriblər.

Sonra müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsinə 2017-2018-ci tədris ilindən başlanılıb. Müsabiqə çərçivəsində hər tədris ili üzrə qaliblər bir dəfə seçilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ən yaxşı məktəb saytı açıqlanıb

05-03-2018

Hansı məktəbin saytı operativdir?-Müsabiqə

12-10-2017

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015

BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib

01-05-2025

Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

18-05-2022

Bakıda I siniflərə qeydiyyat üçün 30 alternativ mərkəz fəaliyyətə başlayıb

05-05-2026

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

11-03-2020

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022

Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

08-02-2023

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

20-06-2025

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması tətbiq olunacaq

15-09-2025

Qrant layihəsinin təqdimatı keçirilib

30-08-2018

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018

Müəllimlər üçün sosial media üzrə seminar keçiriləcək

20-02-2017

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

03-06-2025

WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir

18-05-2026

BŞTİ Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib

20-07-2022

İnformatika müəllimləri üçün seminarlar təşkil olunub

24-10-2019

Qurbanlıq qoyunları onlayn ala biləcəksiniz

07-08-2019

"Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək

23-04-2024

“İnformasiya Texnologiyaları Akademiyası” Şamaxı və Xaçmazda davam edir

07-09-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə