Previous Next
Bağla

Ən yaxşı məktəb saytı açıqlanıb

05-03-2018 17:28
Ən yaxşı məktəb saytı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bu barədə Xeberler.az-a İdarədən məlumat verilib.

Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və saytın idarə edilməsində məsul olan şəxslər iştirak edib.

Bakının 12 rayonunu əhatə edən ümumi təhsil müəssisələri arasında Binəqədi rayonu üzrə 283, Sabunçu rayonu üzrə 72, Xətai rayonu üzrə 171, Nərimanov rayonu üzrə 57, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 195, Suraxanı rayonu üzrə 232, Xəzər rayonu üzrə 230, Nəsimi rayonu üzrə 247, Nizami rayonu üzrə 145, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 173 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri seçiliblər.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva  müsabiqə qaliblərini təbrik edib və bu müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb.

M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu bildirib.

İdarə müdiri bütün məktəb saytları üzrə müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsinin, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəb saytlarında şagirdlər və müəllimlərin fəaliyyətilə bağlı yeni bölmələrin açılması, operativliyin artırılması və maarifləndirici xarakterli məqalələrin yerləşdirilməsini tövsiyə edib.

Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini  bildiriblər.

Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş  məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ən yaxşı məktəb saytları seçilib

Ən yaxşı məktəb saytları seçilib

16-12-2022
Hansı məktəbin saytı operativdir?-Müsabiqə

Hansı məktəbin saytı operativdir?-Müsabiqə

12-10-2017
50 məktəbdə informatika fənni ləğv edildi

50 məktəbdə informatika fənni ləğv edildi

22-06-2015
BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib

BŞTİ I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərə müraciət edib

01-05-2025
Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

Alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərir

18-05-2022
Bakıda I siniflərə qeydiyyat üçün 30 alternativ mərkəz fəaliyyətə başlayıb

Bakıda I siniflərə qeydiyyat üçün 30 alternativ mərkəz fəaliyyətə başlayıb

05-05-2026
Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

11-03-2020
“Şagird-məzun” sisteminə daxil edilən məlumatların sayı açıqlanıb

“Şagird-məzun” sisteminə daxil edilən məlumatların sayı açıqlanıb

05-02-2016
Paytaxt üzrə 69 layihə qalib olub

Paytaxt üzrə 69 layihə qalib olub

27-07-2022
İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

İnternetdən təhlükəsiz istifadə adlı tədbir keçirilib

04-06-2018
WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

WUF13 müddətində tədris “Rəqəmsal məktəb” üzərindən aparılacaq

13-05-2026
Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

Paytaxt məktəblisi Startap Proqramının rəhbəri seçilib

08-02-2023
Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

20-06-2025
Qurbanlıq qoyunları onlayn ala biləcəksiniz

Qurbanlıq qoyunları onlayn ala biləcəksiniz

07-08-2019
Müəllimlər üçün sosial media üzrə seminar keçiriləcək

Müəllimlər üçün sosial media üzrə seminar keçiriləcək

20-02-2017
“İnformasiya Texnologiyaları Akademiyası” Şamaxı və Xaçmazda davam edir

“İnformasiya Texnologiyaları Akademiyası” Şamaxı və Xaçmazda davam edir

07-09-2009
Ailə TV Masazırda

Ailə TV Masazırda

27-10-2015
IREX- Yeni Media layihəsi çərçivəsində “Məktəb şagirdlərinin tədqiqat” layihəsinə start verir

IREX- Yeni Media layihəsi çərçivəsində “Məktəb şagirdlərinin tədqiqat” layihəsinə start verir

28-11-2011
Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

Uşaqların I sinfə elektron qəbulu prosesi davam edir

03-06-2025
Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

Təhsil sahəsində elektron xidmətlərin genişləndirilməsi müzakirə olunub

16-11-2018
Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

Uşaqların internetdə təhlükəsizliyi müzakirə olunub

10-11-2015
Ən yaxşı videotədris resursu hazırlamış müəllimlər mükafatlandırılacaq

Ən yaxşı videotədris resursu hazırlamış müəllimlər mükafatlandırılacaq

13-11-2015
Peyk təsvirlərdən Şəki də yararlandı

Peyk təsvirlərdən Şəki də yararlandı

25-10-2017
WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir

WUF13-lə əlaqədar bəzi məktəblərdə tədris distant təşkil edilir

18-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə