Previous Next
Bağla

Peyklərimiz artıq Azərbaycanın özünəməxsus orbitində fəaliyyət göstərəcək

12-01-2024 14:44
Peyklərimiz artıq Azərbaycanın özünəməxsus orbitində fəaliyyət göstərəcək

Bu gün 46° ş.u. (şərq uzunluğu) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. Qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.

Xeberler.az  xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdən (“Azərkosmos”) bildirilib.

Məlum olduğu kimi, 2013-cü ildə orbitə buraxılan “Azerspace-1” telekommunikasiya peyki Malayziya administrasiyasına məxsus 46° ş.u. orbital mövqeyinin C və Ku tezlik diapazonlarında fəaliyyət göstərirdi. Bu diapazonların Azərbaycanın adına keçməsi o deməkdir ki, “Azerspace-1” peyki artıq Malayziyanın deyil, Azərbaycanın özünəməxsus orbitində fəaliyyət göstərir.

46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün fəaliyyətə 8 dekabr 2020-ci ildə zəruri sənədlərin BTİ-yə təqdim olunması ilə başlanılıb. Qlobal təcrübədə bir orbital mövqenin əldə olunması yeddiillik fəaliyyət dövrünü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses üç ilə tamamlanıb. Bu müddət ərzində Azərbaycan tərəfi ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya danışıqlarını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib.

Qeyd edək ki, 46° ş.u. mövqeyi Azərbaycanın geostasionar kəmərdə malik olduğu ilk və yeganə orbital mövqedir. Bu da Azərbaycanın gələcəkdə telekommunikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə, yəni 46° ş.u. yerləşdirməsinə imkan verir.

Telekommunikasiya, yayım və hava proqnozları üzrə fəaliyyətdə olan peyklər üçün artıq məhdud məkana çevrilən geostasionar kəmər ekvatordan təxminən 36,000 kilometr yüksəklikdə yerləşir. Bu hündürlüyün əsas əhəmiyyəti odur ki, burada olan peyklər Yer səthi ilə eyni sürətlə fırlanır. Bunun sayəsində həm peyk operatorları, həm müştərilər, həm də evdən peyk vasitəsilə televiziya və radio izləyənlər antenlərini bir nöqtəyə tuşlanmış vəziyyətdə saxlayaraq peykdən davamlı siqnal ala bilirlər. Dövlətlər özlərinin və ya onlara müraciət etmiş özəl şirkətlərin geostasionar kəmərdəki boş orbital mövqelərdən istifadəsi üçün rəsmi qaydada BTİ-yə müraciət edirlər. Həmin mövqelərdə yerləşəcək peyklər hazırda ya yığılır, ya da buraxılışını gözləyir. Geostasionar məkandakı peyk 15-20 illik ömrünün sonuna çatdıqda orbital mövqeyə sahib olan ölkə həmin mövqedəki peykini əvəz etmək imkanına malikdir. Bu tənzimlənmə prinsipi faktiki olaraq ölkələrə öz mövqelərini qeyri-müəyyən müddətə kimi saxlamağa imkan verir.

Kosmos sahəsinə yeni qoşulan bir ölkə heç də asanlıqla geostasionar orbitdə peyk yerləşdirə bilmir. Bunun üçün gərək seçdiyi orbital mövqeni digər orbital mövqeyə sahib olan ölkələrlə razılaşdırsın.

Nəticə etibarilə geostasionar kəmər kimi məhdud resursa sahib ölkələr arasında artıq Azərbaycan da özünəməxsus orbital mövqeyi ilə söz sahibidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azerspace-2-i 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılacaq

06-08-2018

Azərbaycanın ilk peyki orbitə buraxıldı

08-02-2013

“Azərkosmos”a səfər

11-10-2018

Fevralın 8-də Azərbaycanın ilk peyki orbitə çıxarılacaq

05-02-2013

“Azərkosmos” Çinin “Satelliteherd” şirkəti ilə əməkdaşlığa başlayıb

02-07-2021

Azerspace-1 ölkəmizə 50 milyon dollar qazandırıb

08-02-2017

Azərbaycanın növbəti kosmik rabitə peykləri ölkənin özünə məxsus orbital mövqelərdə fəaliyyət göstərəcək

29-12-2010

Azerspace-2 Kuru kosmodromuna gətirilib

09-08-2018

Azerspace-2 üçün hazırlıqlar davam edir

28-08-2015

Azərbaycanın yeni peykinin hazırlıq mərhələsi-Foto

17-01-2018

“Azərkosmos” ikinci peyki qaldırmaq üçün müqavilə bağladı

18-02-2015

Azerspace-2-nin orbital mövqeyinə çatması üçün 5 ay vaxt lazımdır

27-09-2018

Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək

27-04-2022

“Azerspace-2” peykinin orbitə buraxılmasından 6 il ötür

26-09-2024

Azərbaycanda ilk dəfə raket modelçiliyi festivalı keçirilib

13-04-2019

Azerspace-1 peyki indiyədək 90 milyon dollar gəlir gətirib

11-02-2019

“Azərkosmos” daha bir şirkətlə əməkdaşlığa başladı

15-08-2020

Seçkilər Azerspace-1 resurslarından istifadə olunaraq yayımlanıb

02-11-2015

Bakı Nəqliyyat Agentliyi “Azersky”ın imkanlarından istifadə edəcək

01-10-2021

Milli peykimizin orbitdəki yeri müəyyənləşdi

06-11-2010

"Azerspace 2"-nin icarəsi üzrə ilkin razışlma əldə olunub

19-01-2015

Ukrayna Azerspace-1-in xidmətlərindən imtina etdi

05-01-2016

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq?

25-10-2017

Azerspace-2 peykinin buraxılış tarixi dəyişdirilib

20-08-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə