Azerspace-2-i 45° şərq uzunluğu orbital mövqeyinə çıxarılacaq

06-08-2018 / 17:38

Məlumat verdiyimiz kimi Azərkosmos ASC-nin prezidenti Rəşad Nəbiyev The Batchelor Show (ABŞ) radio şousunun efirində Azerspace-2/Intelsat 38-in sentyabrda orbitə buraxılacağını deyib.

Xeberler.az bildirir ki, Azərkosmos sentyabrda ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxaracaq.

Qeyd edək ki, peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan Ariane 5 ECA raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə