Previous Next
Bağla

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016 10:14
Portala inteqrasiya edilən e-arayışların sayı artdı

"Elektron hökumət" portalı üzərindən daha 3 elektron arayış əldə edilə biləcək.

"Elektron hökumət" portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə səyləri nəticəsində daha 3 elektron arayış portal üzərindən vətəndaşların istifadəsinə verilib.

Xeberler.az-ın məlumatına görə, bununla da artıq istifadəçilər Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri, Vətəndaşın hərbi qeydiyyatda olması, vətəndaşın hərbi xidmət keçməsi barədə arayışları elektron şəkildə əldə edə bilərlər.

Vətəndaşın adına qeydiyyatda olan nəqliyyat vasitələri haqqında elektron arayış - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təqdim etdiyi bu arayışı portaldan elektron imza sertifikatı ilə (www.e-gov.az) qeydiyyatdan keçərək əldə etmək mümkündür. Vətəndaş portalda qeydiyyatdan keçərək bu elektron xidmətə daxil olduqda avtomatik olaraq formalaşan elektron arayışda aşağıdakı məlumatlar öz əksini tapır:

- Vətəndaşın soyadı, adı və ata adı
- Nəqliyyat vasitəsinin qeydiyyat nişanı, qeydiyyat tarixi
- Markası, buraxılış ili, rəngi
- Mühərrikin nömrəsi, həcmi,
- Ban nömrəsi

Vətəndaşın hərbi qeydiyyatda olması barədə arayış - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqdim etdiyi bu arayışda vətəndaşın şəxsi məlumatları ilə yanaşı, hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə və hərbi rütbəsi barədə məlumat öz əksini tapır. Qurumun təqdim etdiyi digər Vətəndaşın hərbi xidmət keçməsi barədə arayış adlı elektron arayışda isə vətəndaşın hərbi qeydiyyat tarixi, hərbi qeydiyyatda olduğu idarə, hərbi rütbəsi ilə yanaşı hərbi xidmət keçmə haqqında məlumatı da əks olunur.



Qeyd edək ki, elektron imza ilə portaldan qeydiyyatdan keçən vətəndaş haqqında tələb olunan informasiyalar avtomatik olaraq arayışda qeyd edilir. Portal üzərindən əldə edilən elektron arayışların elektron şəkildə göndərilməsi və çap edilərək aidiyyəti quruma təqdim edilməsi mümkündür.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portalın mobil tətbiqi yeniləndi

03-05-2017

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017

MHM daha bir elektron xidmət üzrə statistikanı təqdim edib

06-07-2015

Daha bir arayış elektron formada veriləcək

28-08-2015

Ən çox hansı e- arayışdan istifadə olunur?-Siyahı

01-08-2017

Çağırışçılarla bağlı xidmətlər vahid informasiya sistemi ilə həyata keçiriləcək

03-12-2025

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni elektron qaydada öyrənəcək

30-09-2015

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib

16-04-2025

Hərbi xidməti harada keçəcəksiniz? - Elektron formada öyrənin

29-06-2016

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Hərbi xidmətin yerini sms-lə öyrənmək mümkünləşdi

31-12-2014

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015

Daha bir bank portala qoşuldu

24-10-2017

Bu elektron xidmət nəticəsində saxta diplomlardan istifadə birmənalı olaraq aradan qalxacaq

24-04-2015

Kredit arayışları elektron qəbul ediləcək

01-12-2017

Hərbi xidmətə gedənlər üçün SMS və onlayn bildiriş xidməti aktivləşib

01-07-2015

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015

Elektron arayışla Kapital Bank-a necə müraciət etmək olar?

09-02-2016

İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

11-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə