Previous Next
Bağla

İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

15-07-2015 21:56
İtirilmiş hərbi biletlərin yenisi ilə əvəzlənməsi elektron formada həyata keçiriləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyası “İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiqləyib.
 
Xeberler.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ödənişsiz göstərilən bu elektron xidmət itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulu qaydalarını müəyyən edir.
 
Elektron xidmətin icra müddəti 3 iş günüdür, xidmət qismən avtomatlaşdırılıb. Elektron xidmətin göstərilməsi üçün istifadəçi tərəfindən doldurulan elektron ərizəyə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, Daxili İşlər Nazirliyinin müvafiq idarə və şöbələrinin tapıntılar bürosundan verilən arayışın skan edilmiş surəti əlavə olunur. İstifadəçi exidmet.seferberlik.gov.az internet ünvanına daxil olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi ilə qeydiyyatdan keçərək uyğun sorğunu formalaşdırır. Sorğu Xidmətin internet ünvanına daxil olduğu tarixdə qeydə alınır. İstifadəçi tərəfindən tələb olunan sənəd və məlumatlar düzgün daxil edildikdən sonra sorğu qəbul olunur.

Hərbi vəzifəlilərin və istefada olan vətəndaşların sənədləri icra edilməsi üçün Xidmətin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinə, ilkin hərbi qeydiyyata alınmış vətəndaşların sənədləri isə Xidmətin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinə göndərilir. Hərbi vəzifəlilərin və istefada olan vətəndaşların sənədlərinə məsul şəxs Xidmətin Səfərbərlik Hazırlığı və Səfərbərlik Baş İdarəsinin rəisi, ilkin hərbi qeydiyyata alınmış vətəndaşların sənədlərinə məsul şəxs - Xidmətin Həqiqi Hərbi Xidmətə Çağırış Baş İdarəsinin rəisidir.
 
Məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra itirilmiş hərbi biletin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin) hazırlanması üçün aidiyyəti idarə, şöbə və bölməyə təqdim edilir. İstifadəçi şəxsən Xidmətin müvafiq yerli idarə, şöbə və bölmələrinə gələrək itirilmiş hərbi biletin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqəsinin) əvəzinə yenisini əldə edir. Bu halda istifadəçi tapıntılar bürosundan arayışın əslini təqdim etməlidir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çağırışçılar hərbi xidmət yerlərini SMS-lə öyrənəcək

01-05-2015

Çağırışçılar xidmət edəcəkləri hərbi hissəni elektron qaydada öyrənəcək

30-09-2015

Hərbi xidmətin yerini sms-lə öyrənmək mümkünləşdi

31-12-2014

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

Hərbi xidməti harada keçəcəksiniz? - Elektron formada öyrənin

29-06-2016

ƏƏSMN-in 66 əməkdaşı səfərbərlik üzrə hərbi xidmətə yola salınıb

30-09-2020

Çağırışçılarla bağlı xidmətlər vahid informasiya sistemi ilə həyata keçiriləcək

03-12-2025

Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq

13-12-2024

“mygov”a hərbi xidmətlə bağlı yeni funksiyalar əlavə olunub

20-08-2025

Hərbi xidmətlə bağlı məlumatlar “mygov”a inteqrasiya edilib

02-06-2025

Daha bir xidmət “myGov” portalına inteqrasiya edilib

16-04-2025

Hərbi xidmətə gedənlər üçün SMS və onlayn bildiriş xidməti aktivləşib

01-07-2015

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016

Daha bir qurum “Elektron Hökumət” portalına qoşulur

21-10-2015

Həqiqi hərbi xidmətə çağırılanlarla bağlı bəzi kateqoriyalar üzrə yekun tibbi müayinə necə aparılır?

01-07-2024

“mygov”da ilkin hərbi qeydiyyat xidməti istifadəyə verilib

23-02-2026

Prezident yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı sərəncam imzalayıb

30-11-2014

Azərbaycanda bu şəxslər yeni şəxsiyyət vəsiqəsi ala bilmir

08-09-2018

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

Yeni şəxsiyyət vəsiqələrinin verilməsi müddəti uzadıldı

31-10-2015

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017

Müdafiə Nazirliyində «qaynar xətt» xidməti yaradılıb

23-09-2009

Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

30-09-2025

Çağırışçılar xidmət edəcəkləri hərbi hissə barədə SMS alacaqlar

19-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə