Previous Next
Bağla

Portalda qeydiyyatdan keçəndə FİN kod tələb edilir ?

17-03-2016 09:36
Portalda qeydiyyatdan keçəndə FİN kod  tələb edilir ?

Müraciət etdiyimiz qurumlarda anket tamamlayarkən, həmçinin son vaxtlar daha çox istifadə etdiyimiz elektron xidmətlərdə və müraciətlərdə bizdən FİN-kodu qeyd etməyimiz tələb olunur.

Bəs FİN kod nədir?

FİN kod – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. Fərdi identifikasiya nömrəsi, şəxs barəsində dövlət reyestrinə daxil edilən məlumatları müəyyən etməyə imkan verən, qanunla müəyyən olunmuş qaydada təqdim edilən təkrarolunmaz koddur. Yəni dövlət reyestrinə məlumatlar daxil edilərkən fərdi identifikasiya nömrəsindən istifadə olunur ki, bununla da daxil olan məlumatlar fərqləndirilir, təkrara yol verilmir və həmin məlumatlardan səmərəli istifadə edilir. Fərdi identifikasiya nömrəsi yeddi simvollu hərf və rəqəm kombinasiyasından ibarət olan vahid koddur, heç vaxt dəyişilmir. Bu, şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur. 

Xeberler.az RYTN-in  elektron xəbər xidmətinə istinadən məlumat verir ki,"Elektron hökumət" portalında autentifikasiyadan (qeydiyyatdan) keçən vətəndaşı portal identifikasiya etdiyi üçün xidmətlərdən istifadə zamanı FİN kod tələb olunmur. Məsələn, Təhsil Nazirliyinin təqdim etdiyi "Diplom haqqında məlumatlar" xidmətindən istifadə edərkən xidmət vətəndaşa "Diplomun seriya və nömrəsinə görə", "FİN-ə görə" kateqoriyası üzrə iki seçim verir. Vətəndaş FİN-ə görə kateqoriyasını seçdikdə məlumatlar sistem tərəfindən avtomatik formalaşdırılır.

Onu da qeyd edək ki, "Elektron hökumət" portalında Daxili İşlər Nazirliyinin "FİN-ə görə fərdi məlumatların axtarışı" xidməti var ki, bu xidmət vasitəsi ilə vətəndaşın FİN kodu daxil edilərək, FİN koda uyğun fərdi məlumatlarını əldə etmək mümkündür.  Bu xidmət bir növ elektron şəxsiyyət vəsiqəsi rolunu oynayır.

Odur ki, FİN kod (o cümlədən, şəxsiyyət vəsiqəsinin surəti) aid olduğu fərd tərəfindən qorunmalı,  zərurət olmadığı hallarda başqasına etibar edilməməlidir. Bir sözlə, sizin şəxsi informasiyalarınızı özündə daşıyan şəxsiyyət vəsiqənizin  FİN kodunu bank və sosial təminat kartınızın FİN kodu kimi qorumalısınız.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015

Cərimə və rüsumların ödənişi ilə bağlı yeni qayda

12-02-2015

“E-gov identity” xidməti artıq vətəndaşların istifadəsində

03-11-2015

AMB Ani Ödənişlər Sisteminin əhatə dairəsini genişləndirir

03-09-2024

Provayderlərlə bağlanan müqavilədə abonentlərin şəxsiyyət vəsiqəsinin FİN kodu qeyd ediləcək

30-09-2024

Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb

23-09-2024

Diplom arayışları ilə bağlı e-xidmət yeniləndi

24-05-2017

Hansı dövlət qurumları FİN-ə uyğunlaşmayıb ?

11-02-2015

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

“digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

08-05-2025

Xaricdə təhsillə bağlı e-ərizələr yeni formada

17-04-2015

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021

Vətəndaş haqqında bütün məlumatları bir nöqtədən əldə etmək mümkün olacaq- FİN gəlir

09-02-2015

“Bulud əsaslı imza” layihəsinə start verilib

12-05-2020

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018

“digital.login”ə biometrik giriş açarı ilə daxil olmaq mümkündür

05-06-2025

DİM-in elektron xidmətlərindən istifadə etmək üçün Şəxsi kabinet yaradanların nəzərinə

05-02-2019

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025

Bu elektron xidmət nəticəsində saxta diplomlardan istifadə birmənalı olaraq aradan qalxacaq

24-04-2015

“E-polis” ilə dövlət rüsumlarını daha rahat şəkildə ödəmək mümkündür

01-04-2025

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS ilə baxılacaq

28-04-2026

“Elektron hökumət” portalında daha bir yenilik

01-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə