Previous Next
Bağla

Diplom arayışları ilə bağlı e-xidmət yeniləndi

24-05-2017 17:03
Diplom arayışları ilə bağlı e-xidmət yeniləndi

“Elektron hökumət” portalında Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Diplom haqqında arayış" adlı elektron xidmət yenilənib.

Xeberler.az-ın məlumatına görə, məlumat bazasına olunan əlavələrdən sonra ali məktəb məzunları 2011-ci ildən bu günədək olan diplomları haqqında arayışı əldə edə etmək imkanı qazanıblar.

Qeyd edək ki, indiyədək "Diplom haqqında arayış" elektron xidməti 2012-2013-cü illərin məlumatını özündə əks etdirirdi.

Bir neçə ildir ki, portal istifadəçilərinin ixtiyarında olan adı çəkilən xidmətə istifadəyə verildiyi tarixdən bu günədək 58 min 424 dəfə müraciət qeydə alınıb.

Elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, doğum tarixi, qəbul olduğu təhsil müəssisəsinin adı, qəbul olduğu ixtisas, həmçinin bitirdiyi təhsil müəssisəsinin adı, ixtisası, fakultə, təhsil pilləsi, təlim dili, təhsil müəssisəsinə daxil olduğu və bitirdiyi illər, diplomun seriya nömrəsi, növü və s. məlumatlar öz əksini tapır.

Xidmətdən istifadə etmək üçün www.e-gov.az portalında qeydiyyatdan keçmək lazımdır. İstifadəçilər arayışı əldə etmək üçün 2 üsuldan istifadə edə bilər.

“Diplomun Seriya və Nömrəsinə görə” axtarışı seçən istifadəçi diplomun seriya nömrəsini, adının birinci hərfini, soyadnın birinci hərfini və ata adının birinci hərfini sistemə daxil edib, "Göstər" düyməsini seçməklə elektron arayışını əldə etmiş olacaq.

“FİN-ə görə” axtarış düyməsini seçdikdə isə sistemə heç bir məlumat daxil edilmir. Sistem qeydiyyatdan keçmiş istifadəçini identifikasiya etdiyindən FİN nömrəsi avtomatik olaraq ekranda əks olunur. Sadəcə "Göstər" düyməsini seçməklə diplom haqqında məlumatı ekranda görmək mümkündür.

Qeyd edək ki, elektron arayışın aşağısında əks olunan ştrix kodlar arayışın sistem nömrəsini əks etdirir və bu ştrix koddan istifadə edərək arayışı qəbul edən təşkilat sənədin həqiqiliyini yoxlaya bilər. Bunun üçün isə portalın təqdim etdiyi "Elektron arayışların yoxlanılması" elektron xidmətinə daxil olaraq, arayışın ştrix kodunu qeyd etməklə elektron arayışa yenıdən baxmaq imkanı var.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015
İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

İki “Elektron Arayış” xidməti portala inteqrasiya edildi

11-03-2015
Daha bir arayış elektron formada veriləcək

Daha bir arayış elektron formada veriləcək

28-08-2015
MHM daha bir elektron xidmət üzrə statistikanı təqdim edib

MHM daha bir elektron xidmət üzrə statistikanı təqdim edib

06-07-2015
Bu elektron xidmət nəticəsində saxta diplomlardan istifadə birmənalı olaraq aradan qalxacaq

Bu elektron xidmət nəticəsində saxta diplomlardan istifadə birmənalı olaraq aradan qalxacaq

24-04-2015
Portala inteqrasiya edilən e-arayışların sayı artdı

Portala inteqrasiya edilən e-arayışların sayı artdı

15-12-2016
Portalda qeydiyyatdan keçəndə FİN kod  tələb edilir ?

Portalda qeydiyyatdan keçəndə FİN kod tələb edilir ?

17-03-2016
“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

“Elektron hökumət” portalında iki yeni elektron xidmət yerləşdirilib

04-11-2013
 İş yerinə dair elektron arayış alanların sayı artıb

İş yerinə dair elektron arayış alanların sayı artıb

17-04-2017
Ali təhsil haqqında arayışları da online ala biləcəyik

Ali təhsil haqqında arayışları da online ala biləcəyik

11-04-2015
“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

“Bütün diplomlar elektron formada olacaq” – Nazirlikdən açıqlama

29-01-2015
“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016
“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı açıqlanıb

14-12-2015
Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

Bu e-xidmətə 1 ayda 59 mindən çox müraciət olunub

13-06-2018
İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

İş yerinə dair 270 minə yaxın elektron arayış verilib

06-04-2016
İş yerinə dair 670 min e- arayış alınıb

İş yerinə dair 670 min e- arayış alınıb

26-09-2017
Elektron arayışları necə əldə etmək olar?

Elektron arayışları necə əldə etmək olar?

06-10-2015
Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

Vətəndaşlar iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

13-11-2025
Valideynlərin işi asanlaşdı: “ASAN məktəb” bölməsi açıldı

Valideynlərin işi asanlaşdı: “ASAN məktəb” bölməsi açıldı

13-03-2015
“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı 36 faiz artıb

08-08-2016
 “İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 10 faiz artıb

30-01-2017
Daha bir bank elektron arayış sisteminə qoşuldu

Daha bir bank elektron arayış sisteminə qoşuldu

18-06-2015
Diplomların vahid elektron məlumat bazası yekunlaşır

Diplomların vahid elektron məlumat bazası yekunlaşır

19-08-2015
Suya görə borcun olması barədə arayış elektronlaşdırılır

Suya görə borcun olması barədə arayış elektronlaşdırılır

30-06-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə