Previous Next
Bağla

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018 14:40
 Portala 3 yeni e-xidmət inteqrasiya olundu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin operatoru olduğu “Elektron hökumət” portalına yeni elektron xidmətlər inteqrasiya olunub.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, beləliklə, Kənd Təsərrüfatı Nazirliyinin aşağıda adları çəkilən 3 yeni elektron xidməti portala inteqrasiya edilib:

 

  • Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu;
  • Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu;
  • Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu

 

Qurumun təqdim etdiyi xidmətlərdən istifadə etmək üçün “Elektron hökumət” portalında qeydiyyatdan keçmək mütləqdir.

Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etməklə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi cənab Ağakişi Alıyevə elektron müraciət etmək mümkündür. Müraciət edən şəxs portalda qeydiyyatdan keçdiyindən onun haqqında olan məlumatlar anket üzərində avtomatik olaraq tamamlanır. İstifadəçi ərizənin məzmunu və sənədlərin növü üzrə digər məlumatları da sistem üzərindən tamamlayıb göndərməklə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün müraciətini etmiş olacaq.

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ərizəçi fiziki, yoxsa hüquqi şəxs kimi müraciət edəcəyini seçir, sonra ərizənin növünü, texnikanın növünü, marka və modelini, zavod nömrəsini, mühərrik nömrəsini və müfəttişliyi (hansı rayona aid olması), texnikanın adını, rəngini, satış nömrəsini, istehsal ilini və tarixi qeyd edib, lazım olan sənədləri əlavə edərək, ərizəni göndərə bilir.

Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından çıxarılması üçün müraciətin və sənədlərin qəbulu adlı elektron xidmətdən istifadə etmək üçün ilk növbədə istifadəçi öz məlumatlarını qeyd edir. Şəxsiyyət vəsiqəsinin FİN-ni (xidmət qeydiyyatlı olduğundan FİN sistem tərəfindən avtomatik olaraq tamamlanır), elektron ünvanını, mobil telefonunu qeyd edib, anketdə tələb olunan digər məlumatları da seçərək, ərizəni göndərmiş olur.

Qeyd edək ki, "Elektron hökumət” portalına Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 22-yə çatdırılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portala kənd təsərrüfatı ilə bağlı 7 e-xidmət inteqrasiya olundu

16-01-2017

Azərbaycanda elektron xidmətlərin sayı artırıldı

17-05-2015

Nazirlik 3 yeni e-xidmət istifadəyə verdi

22-04-2017

Azərsu-ya şikayəti elektron formada göndərə bilərsiniz

10-08-2017

Müəllif Hüquqları Agentliyinin 5 elektron xidməti yeniləndi

16-11-2016

Bütün e-xidmətlər nazirliyin saytında yerləşdirilib

16-01-2015

Ləğv olunmuş Dövlət Komitəsinin 7 elektron xidmətinin təchizatçısı bəlli olub

19-11-2015

Portaldan daha bir yenilik

05-11-2016

Elektron xidmət növləri siyahısında dəyişiklik edilib

04-07-2017

“Elektron hökumət” portalında daha bir yenilik

01-09-2016

“Həkim axtarışı” - yeni xidmət yaradılır

13-02-2015

Mingəçevirdə elektron şikayət qəbulu üzrə təlim keçirilib

18-08-2016

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015

Daha bir elektron xidmətin adı dəyişdirilib

19-11-2015

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017

Ad və soyadın dəyişdirilməsi asanlaşdı

06-09-2016

Azərbaycanda aqrar təyinatlı bir sıra qurğu və maşınlar ƏDV-dən azad edilib

16-06-2023

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015

DİN-in məlumat axtarış sistemindən KTN-ə servis ötürüləcək

30-04-2015

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

Gömrük rəsmiləşdirilməsi e-hökumət portalında mümkündür

15-10-2015

Biznes sahəsinə aid olan elektron xidmətlər və xidmət təchizatçılarının adları açıqlanıb

22-06-2015

Yeni elektron portal təqdim edilib

10-11-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə