Previous Next
Bağla

Xaricdə təhsillə bağlı e-ərizələr yeni formada

17-04-2015 20:47
Xaricdə təhsillə bağlı e-ərizələr yeni formada

"Elektron Hökumət" portalında Təhsil Nazirliyinin təqdim etdiyi  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” üçün "elektron ərizə"  elektron xidməti təkmilləşdirilərək yeni versiyada istifadəçilərə təqdim edilib.

Əvvəlki versiyada elektron ərizəyə məlumatları daxil etmək üçün giriş edilən zaman istifadəçi yalnız elektron poçt vasitəsilə qeydiyyatdan keçirilirdi. Yenilənmiş versiyada isə “elektron ərizə sistemi” nin “İAMAS”a (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) qoşulmasının təmin edilməsi ilə ərizəyə müvafiq qeydiyyatın şəxsiyyət vəsiqəsi (Fərdi İdenfikasiya Kodu - FİN vasitəsilə) ilə aparılması tətbiq edilib.

Qeydiyyatdan keçən zaman istifadəçinin şəxsiyyət vəsiqəsində olan məlumatlar avtomatik olaraq ekranda əks olunur. İstifadəçi sadəcə elektron poçt  ünvanını və şifrəni daxil edərək qeydiyyatdan keçmiş olur. Şifrə unudulan zaman isə onun bərpası, həmçinin istifadəçinin yaratdığı ərizə ilə bağlı məlumatlar elektron poçt ünvanına göndərilir. Sistemin istifadəçini  FİN-ə uyğun identifikasiya etməsi  vətəndaşın e-xidmətdən istifadəsi  zamanı  təkrar qeydiyyatdan keçmənin  qarşısını alır. Belə ki, istifadəçi bir dəfə qeydiyyatdan keçdikdən sonra növbəti dəfə xidmətə daxil olan zaman sistem artıq istifadəçisini tanıdığından, birbaşa olaraq tələb olunan məlumatları doldurmaq üçün ekranda ərizə forması açılır. Qeyd edək ki, xidmət istifadəçiyə ərizə formasını dolduran zaman e-xidmətdə tələb olunacaq sənədlərin siyahısı yerləşdirilən keçidi (linki) təqdim edir. İstifadəçi siyahıda adları qeyd olunan bütün tələb olunan sənədlərin sürətini (skan) elektron ərizəyə məlumatlar daxil edilən zaman sistemə yükləməlidir.

Elektron ərizələr tamamlandıqdan sonra Təhsil Nazirliyinin əməkdaşları tərəfindən araşdırılaraq, məlumatın və yüklənmiş sənədlərin müvafiq tələblərə uyğun olduğu  təqdirdə  qəbul  edildiyi  təsdiq ediləcək. Hər hansı məlumat və ya yüklənmiş sənəd düzgün olmadığı təqdirdə iddiaçının ərizəsi qəbul olunmayacaq və bu barədə səhvlər göstərilməklə iddiaçının elektron ərizəsi yalnız bir dəfə düzəliş üçün geri göndəriləcək. Həmçinin istifadəçi elektron ərizəsini tamamladıqdan sonra müraciətinin statusunu real rejimdə izləyə bilmək imkanını əldə edəcək və hər bir status dəyişikliyi barədə ona avtomatik bildiriş göndəriləcək.

İstifadəçi ilkin variant olaraq sənədlərinin elektron variantını xidmətdən istifadə edərək təqdim edir. Müsahibəyə dəvət olunan namizədlərdən müsahibə günü notarial qaydada tərcümə və təsdiqi tələb edilən sənədlərin surətinin Təhsil Nazirliyinə təqdim edilməsi tələb olunacaqdır. Əgər iddiaçının elektron ərizəsində göstərdiyi sənədlərdəki məlumatlarla müsahibə günü təqdim edəcəyi sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri arasında fərqlilik olarsa, həmin şəxs müsahibəyə buraxılmayacaq və onun müraciəti ləğv olunacaq.

Bununla yanaşı, ötən ildən fərqli olaraq, elektron ərizənin məzmununda da bəzi dəyişikliklər edilərək istifadəçilərə geniş imkanlar verilmişdir. Belə ki, iddiaçılar elektron ərizəyə yüklədikləri bütün sənədlərə baxa, onları silə və ya dəyişə biləcək, elektron ərizəni təsdiq etdikdən sonra onlardan əlavə sənədlər tələb olunduğu halda, onu da elektron qaydada izlənmə sistemi panelində yaradılmış imkan vasitəsilə təqdim edə biləcəklər.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xaricdə təhsil üçün ərizələr yalnız elektron qaydada qəbul ediləcək

09-04-2015

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlayır

30-04-2015

“Lisenziyalar və icazələr” portalı üzərindən 4 mindən çox lisenziya verilib

23-08-2023

Portala 3 yeni e-xidmət inteqrasiya olundu

10-01-2018

Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

03-02-2024

Portalda qeydiyyatdan keçəndə FİN kod tələb edilir ?

17-03-2016

Sahibkarlar lisenziya və icazələr almaq üçün necə elektron müraciət etməlidirlər?

23-08-2023

Xarici jurnalistlərin elektron akkreditasiya qaydası müəyyənləşib

10-06-2015

Vətəndaşlıq vəziyyəti aktları ilə bağlı arayış elektronlaşdırıldı

23-06-2015

Portala yeni xidmət inteqrasiya olunub

11-07-2016

Elektron ərizə qəbulu sistemi aktivləşib

04-05-2017

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Azərbaycanda sahibkarlar üçün yeni e-xidmət-Video

14-02-2018

Məktəb direktoru vəzifəsinə elektron ərizə qəbulu başa çatdı

01-04-2016

“Bakalavrın elektron ərizəsi”ndə qəbul proqramının seçilməsi və təsdiqi 11 iyunda başa çatacaq

06-06-2013

Dini ədəbiyyatın idxalı və ixracına razılıq elektron formada veriləcək

28-09-2016

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024

Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

01-04-2019

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019

Gömrük rəsmiləşdirilməsi e-hökumət portalında mümkündür

15-10-2015

E-xidmətlər üzrə inzibati reqlamentlər təsdiqlənib

18-08-2015

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə