Previous Next
Bağla

Prezident pilotsuz uçuş aparatlarının təqdimatında iştirak edib-Foto

21-09-2016 16:14
Prezident  pilotsuz uçuş aparatlarının təqdimatında iştirak edib-Foto

İlham Əliyev Zərbə pilotsuz uçuş aparatlarının təqdimatında iştirak edib.

Xeberler.az-ın məlumatına görə, Müdafiə Sənayesi Nazirliyi Şərq İstehsalat Birliyinin AZAD Sistemlər müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik Zərbə pilotsuz uçuş aparatlarının təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı əvvəlcə müəssisənin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Müdafiə sənayesi naziri Yavər Camalov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib.

Prezident İlham Əliyev Zərbə pilotsuz uçuş aparatı ilə tanış olub. Dövlət başçısı müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxıb.

Diqqətə çatdırılıb ki, məmulatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamerası yerləşdirilir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, elektron maneə vasitələrinə qarşı dayanıqlıdır. Peyk GPS əlaqəsi itən zaman aparat sərbəst döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Məhsulun istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.

Yeni yaradılan “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və ona zərbə endirmək imkanına malikdir. Həmçinin partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. Aparat əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər. Ötən müddətdə müəssisədə müxtəlif sinifli mini PUA-lara texniki qulluq göstərilərək saz vəziyyətə gətirilib və onlar təhvil verilməklə döyüş mövqeləri daim əməliyyat nəzarətində saxlanılır.

Bildirilib ki, 2016-cı ilin aprel hadisələri zamanı müəssisə fasiləsiz iş rejiminə keçib və müxtəlif tipli PUA-lar qısa müddətdə təmir edilərək döyüş zonasına göndərilib.

Dövlət başçısına müəssisədə istehsal olunacaq Orbitr 4 və Orbitr 3 müşahidə-kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları barədə də məlumat verilib.

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanan pilotsuz uçuş aparatının qanadını imzalayıb.

Sonda dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

 

 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır

17-12-2016

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024

Pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində işlər davam edir

16-05-2016

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

26-09-2018

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

17-06-2025

İran yeni PUA-lar istehsal edib

06-03-2023

Ordumuz düşmən mövqelərinə zərbə endirmək üçün drondan istifadə edib

04-04-2016

Azərbaycan Ermənistan PUA-larını hədəfə çatmadan zərərsizləşdirib

12-05-2023

Yaponiyada süni intellektli müşayiətçi pilotsuz uçuş aparatları təqdim edilib

17-10-2024

"Baykar" şirkəti Ukraynaya "Bayraktar" PUA-sı hədiyyə etdi

24-08-2023

Azərbaycanda mülki PUA-ların istehsalına dair tələblər müəyyənləşir

18-10-2023

Azərbaycan MN: "Ermənistan silahlı qüvvələri zərbə PUA-ları tətbiq edir"

12-05-2023

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023

Kosova “Bayraktar” TB2 PUA-larını əldə etdiyini açıqlayıb

16-07-2023

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018

Koreyada pilotsuz uçan aparatlarla mübarizə texnologiyası hazırlanır

07-04-2015

Azərbaycanın pilotsuz uçuş aparatları nümayiş etdiriləcək

13-08-2015

Ordumuz Ermənistanın PUA-sını məhv edib

22-06-2017

Ermənilərin pilotsuz uçuş aparatı zərərsizləşdirilib- Fotolar

08-04-2016

Nazirlik: Ermənistan növbəti PUA-dan istifadə edib

22-06-2017

Prezident İlham Əliyev İmişlidə ASAN Həyat kompleksinin açılışında iştirak edib

22-10-2018

Qartallara pilotsuz uçan aparatları tutmağı öyrədirlər

02-02-2016

“Pilotsuz Uçuş Aparatları’’ müsabiqəsinə qeydiyyat davam edir

10-02-2022

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

03-04-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə