Previous Next
Bağla

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024 16:19
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev PUA Akademiyasında yaradılan şəraitlə tanış oldu.

Zakir Həsənov və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar dövlətimizin başçısına Akademiyada yaradılan şərait və pilotsuz uçuş aparatları barədə məlumat verdilər. Bildirildi ki, burada hərbi qulluqçuların hazırlığı üçün hər cür şərait yaradılıb. Akademiya müasir standartlara cavab verən bütün növ zəruri texnika və avadanlıqlarla təchiz olunub.

Sonra Ali Baş Komandan hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəldi. “Akıncı” hücum PUA-sının havaya qalxmasını izlədikdən sonra idarəetmə məntəqəsinə gələn Prezident İlham Əliyev burada PUA-nın idarəolunmasını praktiki həyata keçirdi.

PUA-nın yerə enməsini izləyən Azərbaycan Prezidenti uçuş vasitəsinin üzərinə xatirə imzasını çəkdi.

Daha sonra Prezident İlham Əliyev anqar komplekslərinə baxış keçirdi.

Anqarlar müxtəlif tipli pilotsuz uçuş aparatları, eləcə də silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-sı və digər aviasiya-texniki vasitələrin saxlanılması üçün nəzərdə tutulub.

Müzəffər Ali Baş Komandan burada “Akıncı” hücum PUA-sı və aviabombaları ilə də tanış oldu.

Sonra birgə foto çəkdirildi.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azadlıq meydanında hərbi parad keçirilib

26-06-2018

Ali baş komandan İlham Əliyev DTX əsgərlərinin andiçmə mərasimində iştirak edib

17-09-2018

"Baykar" şirkəti Ukraynaya "Bayraktar" PUA-sı hədiyyə etdi

24-08-2023

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

26-09-2018

Türkiyənin yeni PUA-sı ilk dəfə uçuş-enmə zolağına çıxarılıb

26-04-2023

İran yeni PUA-lar istehsal edib

06-03-2023

Prezident pilotsuz uçuş aparatlarının təqdimatında iştirak edib-Foto

21-09-2016

"Bayraktar Teknoloji Azərbaycan" PUA istehsalına başlayıb

03-10-2025

Azərbaycan Ermənistan PUA-larını hədəfə çatmadan zərərsizləşdirib

12-05-2023

Pilotsuz uçuş aparatlarına dair məruzə beynəlxalq konfransda müzakirə olunub

25-10-2021

Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır

17-12-2016

Milli Müdafiə Universitetinə rektor təyin olunub

30-06-2022

"Bayraktar" PUA-ların istehsalçısı Azərbaycanda fəaliyyətə başlayır

26-12-2022

PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

17-06-2025

Baykar yeni PUA-larını təqdim edəcək

30-08-2022

Kiyevə son həftədə edilən dron hücumlarının nəticələri açıqlanıb

28-03-2023

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023

Nazirlik: Ermənistan növbəti PUA-dan istifadə edib

22-06-2017

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

03-04-2023

Ordumuz Ermənistanın PUA-sını məhv edib

22-06-2017

Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı AzTU-nun qonağı olub

28-10-2025

Kosova “Bayraktar” TB2 PUA-larını əldə etdiyini açıqlayıb

16-07-2023

Dövlət Xidmətinin baş idarə rəisinə ali hərbi rütbə verilib

30-09-2025

Tahir Mirkişili: "PUA-larla bağlı icazə sistemi sadələşdiriləcək"

23-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə