“Proqramlaşdırma prioritet fənn olmalıdır”

11-12-2015 / 14:51

Apple-ın icraçı direktoru Tim Cook şirkətin bütün mağazalarında tətbiq edəcəyi "Hour of Code " proqramından əvvəl ABŞ-ın mövcud təhsil sisteminin dəyişdirilməsi ilə  bağlı  jurnalistlərə  əhəmiyyətli fikirlər  bildirib.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, Tim Cook müasir dövrümüzün yeniliklərini və texnologiyanın inkişaf sürətinə ayaq uydura biləcək şəkildə təhsil sisteminin yenidən qurulmasının vacib olduğunu bildirib.

Tim Cook Amerika təhsil sisteminin kodlaşdırma və proqramlaşdırmanı daxilən mənimsəməsi və təhsil sisteminin təməl bir parçası halına gətirməsinin vacibliyini  bildirib.

Onun sözlərinə görə, proqramlaşdırma ingilis, riyaziyyat kimi prioritet fənn olaraq təhsil sisteminə daxil edilməlidir.

Tim Cook deyib ki, təhsil sistemi bəzən mövcud  texnoloji yeniliklərdən geri qalır:

 “Texnologiyalar ilə maraqlanan çox böyük  kütlə və təhsil sisteminin keyfiyyətinin artırmaq üçün mükəmməl biliyə sahib müəllimlər var. Bu kadrların gücündən istifadə etmək lazımdır”.

O, həmçinin, yeni texnologiyaların və  bu cihazlarla həyata keçiriləcək  işlərin aktivliyi və məhsuldarlığı məsələsinə  də toxunub. 

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə