Apple-da yeni təyinatlar olub

19-12-2015 / 12:28

Apple Tim Cook-dan sonra Baş əməliyyat direktoru ( A chief operating officer- COO) vəzifəsinə Jeff Williams-ı təyin edib.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, Apple həmçinin, Phil Schiller-in vəzifə dəyişikliyini və 2 yeni yüksək vəzifədə çalışan işçinin də şirkətə transfer olunduğunu açıqlayıb.

Apple şirkətində Baş əməliyyat direktoru vəzifəsi xüsusi önəm daşıyır, çünki Steve Jobsun yerinə keçən Tim Cook da bir zamanlar bu vəzifədə idi.

Apple-ın bütün əməliyyatlarını idarə edən Baş əməliyyat direktoru vəzifəsinə bundan sonra Jeff Williams rəhbərlik edəcək.

Williams-ın 1998-ci ildən Apple-da çalışmağa başlaması Cook-dan sonra COO olma şansını artıran səbəb idi. 

Apple  Qlobal Satış üzrə baş vitse-prezidenti Phil Schiller-a da yeni səlahiyyətlər verildiyini açıqlayıb.

Belə ki, Schiller bundan sonra App Store-un bütün platformlardakı rəhbərliyini öz üzərinə götürəcək.

Növbəti iki idarəçi vəzifəsinə Johny Srouji, Təchizat Texnologiyalarına məsul sədr müavini, Tor Myhren isə Marketinq sektorunda baş köməkçi olaraq vəzifəyə təyin edilib.

Jony Srouji, 2008-ci ildən Apple-da işləyir. Tor Myhren isə Grey GROUP-dan Apple-a transfer edilib. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə