Apple 2017-ci ilin üçüncü rübündə maliyyə nəticələrini açıqlayıb.
Xeberler.az şirkətə istinadən məlumat verir ki, üçüncü rübdə 45.4 milyard dollar gəlir əldə edən şirkətin mənfəəti isə 8.72 milyard dollar olub.
Şirkət 2017-ci ilin üçüncü rübündə 41 milyon ədəd iPhone, 11.4 milyon ədəd iPad və 4.29 milyon ədəd Mac satmağı bacarıb.
Ancaq Apple-ın ötən ilki rübünə görə gəlir və mənfəəti azalıb.
Belə ki, ötən rübdə 52.9 milyard dollar gəlir əldə edən şirkət 11.03 milyard dollarlıq mənfəət açıqlamışdı. Tam 50.7 milyon iPhone satan Apple, 8.92 milyon iPad və 4.19 milyon ədəd Mac satışı reallaşdırdı.
Servis gəlirləri rekord qırdı
Ötən ilin eyni dövründə Apple 42,4 milyard dollar gəlir və 7,8 milyard dollarlıq mənfəət açıqlamışdı. 2016-nın üçüncü rübündə satış ədədləri isə 40.4 milyon iPhone, 9.9 milyon iPad və 4.2 milyon ədəd Mac olmuşdu.
Mövzuyla bağlı açıqlama verən Apple-ın CEO-su Tim Cook ötən ilə görə 7 faizlik bir gəlir artımı yaşadıqlarını deyib. O, hazırda gəlirlərinin 408 milyard dollar təşkil etdiyini deyib. Cook xüsusilə Apple-ın verdiyi xidmətlər üzərindən dörddəbir gəliri ilə rekord qırdıqlarını da vurğulayıb.
Qısacası Apple, təchizat satışları qədər, AppStore və Apple Music və s. xidmətləri ilə də gəlirlərini artırmağı bacarıb.
Günel
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri