Qarşı tərəf görmədən mesajı silmək mümkün olacaq

28-01-2015 / 23:27

Amerikalı şirkət olan “String” telefon istifadəçilərinin göndərdikdən sonra peşman olduqları mesajların qarşı tərəf oxumadan silinməsi imkanını təmin edən ödənişsiz bir proqram tətbiq edib.

Proqram göndərilən mesajların ( şəkil, video ) proqramı yükləyən istifadəçilərin telefonundan dərhal və daimi olaraq silinməsi imkanını təqdim edir. Bu proqram mesajın görülüb-görülmədiyini, oxunub-oxunmadığıını da göstərir.

iPhone istifadəçiləri tərəfindən istifadə oluna bilən proqramın yanvar ayı ərzində yeni məhsulunun texnoloji maraqlılarının xidmətinə təqdim ediləcəyi bildirilib. “String” şirkətinin təqdim etdiyi proqramın bir oxşarı olan Ansa isə istifadəçilərin göndərdikləri mesajları göndərdikləri insanın telefonundan silə bilməsini təmin edir.

Sevil Rəsulzadə 


ŞƏRHLƏR






sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.