Mesajlarınızı gizli saxlaya biləcəksiniz

02-07-2015 / 11:47

BlackBerry şirkətinin yeni BBM mesajlaşma proqramı ilə gətirdiyi ən diqqətçəkici funksiya aylıq 0.99 dollarlıq ödənişlə sahib oluna biləcək "Gizli Söhbət" (Private Chat) abunəsi olub.

Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu funksiya ilə birlikdə söhbətdəki şəxslərin adları və yeni mesaj bildirişləri gizli qalır.

Beləcə, istifadəçilərin şəxsiyyətləri gizlənmiş olur. Həmçinin söhbət sonlandıqdan müəyyən bir müddət sonra özünü yox edə bilir.

Abunəliklə birlikdə sahib olunacaq "Mesaj Tənzimləmə" xüsusiyyəti isə istifadəçilərin göndərdikləri mesaj və şəkilləri geri ala bilməsi imkanını təmin edir. İstifadəçilər bunun sayəsində mesajları təşkil edib təkrar göndərə bilir.

"Gizlilik və Nəzarət" paketi olaraq adlandırılan bu abunə variantı ilə birlikdə mesaj və şəkilləri təyin etdiyiniz saatda göndərilməsini də təmin edə bilirsiniz.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə