WhatsApp-dan daha bir yenilik

27-02-2015 / 15:17

Məşhur mesajlaşma proqramı WhatsApp-ın Web interfeysini artıq Firefox və Opera-da da istifadə etmək mümkündür.

WhatsApp istifadənin asanlaşması baxımından yeniliklər etməyə davam edir. Ötən ay WhatsApp Web-i eşitdirərək Chrome istifadəçilərinin internet vasitəsilə mesajlaşmasına imkanını təmin edən proqram artıq digər internet browser-də də mesajlaşma imkanını təqdim edir.

WhatsApp-ın rəsmi Twitter hesabından yayılan məlumata görə, WhatsApp Web artıq yalnız Chrome deyil, Firefox və Operada da istifadə edilə bilir. Bu brauzerlər də eyni Chrome-da olduğu kimi sayt üzərindən QR kod oxudularaq mesajlaşmağa başlanılır. Safari istifadəçilərinə olan xəbərimiz isə pisdir. Çünki Safari üçün hələki dəstək verilmir. Həmçinin iOS da WhatsApp-ın bu xüsusiyyətini hələ dəstəkləmir. Bu səbəbdən iPhone istifadəçilərinin mesajlaşmalarına bir müddət daha telefondan davam etmələri lazımdır.

 

                                                                                                Sevil Rəsulzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə