“Qlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri” mövzusunda simpozium keçiriləcək

08-05-2009 / 22:47

May ayının 11-15 tarixlərində Bakıda “Qlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Tədbirdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev, həmçinin Birləşmiş Millətlər Təşkilatının Kosmik tətbiqlər üzrə proqramının rəhbəri Hans Haubold, ABŞ Dövlət Departamentinin kosmik məsələləri üzrə xüsusi nümayəndəsi Ken Hodgkins və digər rəsmi şəxslər iştirak edəcək.

Məlumat üçün bildirək ki, simpoziumun açılışı may ayının 11-də, saat 9:30-da Ramada otelində keçiriləcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə