Previous Next
Bağla

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “VikiHərəkat” layihəsinin icrasına başlanılıb

06-09-2013 12:04
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə “VikiHərəkat” layihəsinin icrasına başlanılıb
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) "Azərbaycanda 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı" üzrə bəndlərin icrasını davam etdirir.
 
Tədbirlər Planında 22-ci bənd üzrə "Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi" nəzərdə tutulur. "Vikipedia"da Azərbaycan kontentinin artırılması üçün RİTN Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) ilə birgə araşdırmalar aparıb.
 
Belə ki, yarandığı zamandan etibarən, Azərbaycan dilində onlayn kontentin genişləndirilməsi üçün ardıcıl səylər göstərən AGTA Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşmalar Mərkəzinin dəstəyilə "VikiHərəkat" layihəsinin icrasına başlayıb: "İlin sonuna qədər davam edəcək layihənin məqsədi Azərbaycana dair kontentin və "Vikipedia" kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi, Azərbaycanda "Vikipedia" könüllülük hərəkatının yayılmasından ibarətdir". "VikiHərəkat" iki əsas komponenti özündə ehtiva edir. Bunlardan birincisi "VikiHərəkat"a qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə "Vikipedia"da məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır.
 
Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediaçıların səriştəsinin artırılmasıdır. Belə ki, ilkin mərhələdə Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) gənclərin iştirakı ilə "Təlimçilərin təlimi" keçiriləcək.
 
 İkinci mərhələdə isə hazırlanmış təmsilçilər paytaxtda və ölkənin 4 regionunda həvəskar vikipediaçılar üçün təlimlər keçəcəklər. Qərb bölgəsi üzrə təlim Gəncədə, Şimal bölgəsi üzrə Xaçmazda, Cənub bölgəsi üzrə Lənkəranda, Mərkəz bölgəsi üzrə isə Şirvan şəhərində keçiriləcək.
 
Bölgələrdən olan iştirakçıların layihə rayonlarında iştirakına şərait yaradılacaq. "VikiHərəkat"a fərd və ya təşkilat olaraq qoşulmaq mümkündür. Təşkilat olaraq "VikiHərəkat"a qoşulmaq üçün +99412 497 80 09, +99451 931 01 86 nömrələri ilə əlaqə saxlamaq lazımdır. Fərd olaraq qoşulmaq üçün  "Ərizə" forması doldurulmalıdır. "VikiHərəkat"a qoşulduqdan sonra hərəkat barədə daha ətraflı məlumat veriləcək.
 
 
Qeyd edək ki, 14-15 sentyabrda Bakı şəhərində keçiriləcək "Təlimçilərin təlimi"ndə iştirak etmək üçün "Ərizələrin qəbulu" elan ediləcək. Regionlarda keçiriləcək təlimlərin tarixi isə "Təlimçilərin təlimi"ndən sonra elan ediləcək. Bütün təlim iştirakçıları "VikiHərəkat"a qoşulacaq. (ictnews.az)
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Nintendoda Disney Land

12-11-2008

Smartfonların hansı qüsurları var?

05-04-2012

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Saytların sayı 650 milyona çatıb

03-04-2013

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009

Displey bazarının həcmi azalacaq

03-11-2013

Nazir “İKT ili” ilə bağlı Tədbirlər Planını təsdiq etdi

29-04-2013

Yeni internet Forum!

10-12-2008

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

iPodunu soğanla şarj etdi

01-12-2008

“Snayper” fotoaparat istehsal ediləcək

17-06-2009

Toxunuşlu ekran Nokia 5800 Xpress Music

02-11-2008

Rəqəmsal Marketinq mövzusunda seminar keçiriləcək

07-01-2013

Bill Qeyts yenə də birinci oldu!

21-04-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə