Previous Next
Bağla

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

16-10-2020 15:57
Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Nazir C.Vadanı ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. O, səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə məlumat verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy, Bərdə, Ordubad rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 3-ü uşaq olmaqla, 47 dinc sakin həlak olub, 23-ü uşaq olmaqla 230-a yaxın mülki şəxs yaralanıb, 38 məktəb daxil olmaqla 2 mindən çox mülki infrastruktura, o cümlədən telekommunikasiya və poçt infrastrukturuna ziyan dəyib.

“Sentyabrın 27-də Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndində bir ailənin beş üzvü, o cümlədən 13 və 14 yaşlı, bir ailənin üzvü iki məktəbli Ermənistan silahlı qüvvələri tərəfindən öldürülüb. Ermənistanın hücumları cəbhə zonasının və Ermənistanla sərhədin yaxınlığındakı yüzlərlə məktəbdə təhsil prosesinə ciddi ziyan vurub, azərbaycanlı uşaqların təhsil almaq hüququ bir daha pozulub. Oktyabrın 11-də gecə saatlarında cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərindəki yaşayış binalarının raket atəşinə tutulması nəticəsində 10 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla, 34 nəfər yaralanıb. 3 uşaq hər iki valideynini itirib. Və bu gün Ermənistan silahlı qüvvələri işğal olunmuş Qubadlı rayonu ərazisindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna raket atıb. Beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, bu fəaliyyətindən çəkinməyə çağırmalıdır”, – deyə R.Quluzadə vurğulayıb.

Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən tranzit daşımalar və aviasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hazırda ölkələrimiz arasında aviadaşımaların “Silkway Holding” vasitəsilə həyata keçirildiyini deyən səfir gələcəkdə sərnişindaşımanın da inkişaf etdirilməsi istiqamətində addımların atılmasının vacibliyini vurğulayıb. O, bildirib ki, Azərbaycan və Yaponiya arasında turizmin inkişafı bu sahəyə təkan verə bilər: “Təəssüf ki, hazırda COVID-19 pandemiyası ilə əlaqədar turizm sahəsi bütün dünyada durğunluq yaşayır”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020

Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

13-10-2020

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

14-09-2022

NRYTN: Düşmən təxribatları nəticəsində telekommunikasiya infrastrukturuna dəymiş ziyan aradan qaldırılır

03-11-2020

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib

13-09-2022

Ermənistan ordumuza qarşı döyüş təyinatlı pilotsuz uçuş aparatından istifadə edib- Bəyanat

26-07-2017

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020

XİN Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb

19-09-2023

Zakir Həsənov orduya dağıdıcı zərbələr endirmə əmri verdi

04-04-2016

Ramin Quluzadə beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışdı

04-10-2020

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

Azərbaycan Zəfər Gününü qeyd edir

08-11-2022

Ermənistanın genişmiqyaslı təxribatı nəticəsində şəhidlərimiz olub

13-09-2022

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı

13-09-2022

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019

İlham Əliyev sərhəddəki vəziyyətlə bağlı operativ müşavirə keçirib

13-09-2022

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020

Nazir beynəlxalq vebinarda Ermənistanın hərbi təxribatları barədə məlumat verib

01-10-2020

Müdafiə Nazirliyi məlumat verib

13-09-2022

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019

Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur

14-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə