Previous Next
Bağla

Ramin Quluzadə beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışdı

04-10-2020 11:27
Ramin Quluzadə beynəlxalq tədbirdə Ermənistanın təxribatlarından danışdı

Elm və Texnologiya Nazirlərinin 17-ci “Dəyirmi masa”sı virtual formatda keçirilib.

Xeberler.az bildirir ki, bu barədə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd böyük təhlükələrə qarşı birgə mübarizə aparmaq üçün elm, texnologiya və innovasiyaların inkişaf etdirilməsi istiqamətində atılacaq konkret addımlarla bağlı fikir mübadiləsinin aparılması olub.

"Dəyirmi masa"da çox sayda insan tələfatına səbəb olan COVID-19 qlobal pandemiyası və təbii fəlakətlərin mövcud bilik, təcrübə və məlumatların öncədən müəyyən olunması və qarşısının alınması məsələlərinə xüsusi diqqət ayrılıb. Yaponiya, Avstraliya, Braziliya, Kanada, İsveçrə, Norveç, Rusiya, İran, İspaniya, Argentina, Tayland da daxil olmaqla, ümumilikdə 50-yə yaxın ölkənin nazirləri və nazir müavinlərinin qatıldığı beynəlxalq onlayn tədbirdə əsas etibarilə beynəlxalq tədqiqat və inkişaf üzrə əməkdaşlığın rolu, sosial elmlər və humanizmlə bağlı məsələlər müzakirə olunub. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 50-yə yaxın ölkənin nazirlərinin və rəsmi nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edərək son zamanlar cəbhə xəttində baş verən hadisələr barədə geniş məlumat verib.  Nazir bildirib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən 1 milyondan çox azərbaycanlı hələ də qaçqın olaraq qalır.

Ermənistanın son hərbi təxribatları nəticəsində 10-dan çox təhsil ocağı  və digər infrastruktur dağıdılaraq zərər görüb. R.Quluzadə bu təcavüz nəticəsində həyatını itirən mülki şəxslər arasında bacı-qardaş olmaqla iki şagirdin və 1 yaralı müəllimin olması faktını böyük təəssüflə səsləndirib. Hazırda bölgədə bütün sahələrdə olduğu kimi elm və İKT sahəsində də inkişaf üçün təhlükə yaradan erməni təxribatlarına və təcavüzlərinə cavab olaraq lazımi addımların atıldığını vurğulayıb.

Daha sonra nazir çıxışında koronavirus pandemiyasının dünyada vəziyyəti tamamilə dəyişdiyini və nəticədə yeni reallıqlar meydana çıxardığını bildirərək bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat verib: “Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verdi. COVID-19-la mübarizə və ölkədəki pandemiyanın təsirini minimuma endirmək üçün güclü strategiya qəbul edildi. Ölkənin elmi-texniki, texnoloji potensialı bu fəaliyyətin həyata keçirilməsinə cəlb edildi və müsbət nəticələr əldə olundu. Tərəfimizdən pandemiya zamanı görülən tədbirlər nəticəsində vətəndaşlar yüksək keyfiyyətli nəqliyyat, poçt və telekommunikasiya, o cümlədən internet və mobil rabitə xidmətləri ilə artan tələbata uyğun olaraq təmin edildi”.

Nazir əlavə edib ki, pandemiya zamanı təhsil sahəsində distant təhsil texnologiyaları tətbiq olunub: “Bakının bəzi təhsil müəssisələrində istifadəyə verilmiş “Connected Schools” layihəsini həyata keçirdik. Pandemiya zamanı dövlət qurumları və tibb müəssisələri üçün vacib bir vasitə olan video konfrans xidmətlərinin göstərilməsi məqsədilə “Connected Government” reallaşdırıldı”.

R.Quluzadə qeyd edib ki, Azərbaycan regionda yüksək məlumat ötürmə qabiliyyətinə malik fiber optik şəbəkənin qurulması üzrə təşəbbüs göstərir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

16-10-2020

Ramin Quluzadə GUAM-ın nəqliyyat sahəsi üzrə onlayn iclasında iştirak edib

08-12-2020

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

13-10-2020

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020

Microsoft-un rəsmiləri Bakıda olub

13-04-2018

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

Azərbaycan-İsrail arasında İnnovasiya üzrə dəyirmi masa keçirilib

06-12-2018

Regionun ən təhlükəsiz DATA mərkəzi Azərbaycandadır

08-06-2018

Ramin Quluzadə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru ilə görüşüb

26-10-2019

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021

NRYTN ilə “Cisco” şirkəti arasında videokonfrans keçirilib

13-05-2020

Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

14-09-2020

“World Net Summit” beynəlxalq onlayn konfransı təşkil edilib

18-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə