Previous Next
Bağla

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020 13:13
Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Pakistan İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Haye arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, Nazir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək ona uğurlar arzulayıb. Görüş zamanı Ramin Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları barədə danışıb. O, həmçinin Ermənistan silahlı qüvvələrinin oktyabrın 28-də Bərdə şəhərinə kasetli bombalarla endirdiyi zərbələr nəticəsində mülki əhali arasında itkilər və mülki infrastruktura dəyən ziyan barədə məlumat verib.

Nazir bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, Gəncə və Mingəçevir şəhərlərinə, o cümlədən münaqişə zonasından xeyli aralıda yerləşən Xızı və Abşeron rayonlarına ballistik raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 91 dinc sakin həlak olub, 400 mülki şəxs yaralanıb, 3 mindən artıq mülki infrastruktura ziyan dəyib.

Ramin Quluzadə qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi hərbi və müharibə cinayətlərinə görə sərt şəkildə qınamalı, onu bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Səfir Bilal Haye Azərbaycanın haqlı mövqeyinin hər zaman Pakistan tərəfindən dəstəkləndiyini, bundan sonra da bu dəstəyin davam edəcəyini bildirib.

Görüşdə iki ölkə arasında innovasiya və yüksək texnologiyalar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

13-10-2020

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

16-10-2020

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatı

13-09-2022

Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib

13-09-2022

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

14-09-2022

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019

XİN Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb

19-09-2023

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019

Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

02-06-2020

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021

Nazir: Ermənistan bölgədə innovasiyaların inkişafına mane olur

03-11-2020

Azərbaycan və Pakistanın beyin mərkəzləri əməkdaşlıq edəcək

06-05-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə