Previous Next
Bağla

Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

13-10-2020 18:47
Ramin Quluzadə Özbəkistan səfiri ilə görüşüb

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov arasında görüş keçirilib.

Xeberler.az bildirir ki, Nazir Bahrom Aşrafxanovu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Görüş zamanı Ramin Quluzadə səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Ağdam, Ağcabədi, Tərtər, Goranboy və Bərdə rayonlarına, o cümlədən Gəncə və Mingəçevir şəhərlərinə raket hücumları nəticəsində sentyabrın 27-dən bu günədək 42 nəfər dinc sakin həlak olub, 206 mülki şəxs yaralanıb, 1786 mülki infrastruktura, o cümlədən poçt və rabitə infrastrukturuna ziyan dəyib. Nazir qeyd edib ki, oktyabrın 10-da Moskva şəhərində tərəflər arasında humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, 24 saat keçməmiş, Ermənistanın Vardenis şəhərindən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ballistik raket atılıb.

Raketin mülki əhalinin sıx yaşadığı yaşayış binasına düşməsi nəticəsində 10 dinc sakin həlak olub, 34 mülki şəxs yaralanıb. Ramin Quluzadə Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həlli üçün göstərdiyi dəstəyə görə səfir Bahrom Aşrafxanova təşəkkür edib və qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistanı həyata keçirdiyi terror aktlarına görə sərt şəkildə qınamalı və bu fəaliyyətindən çəkinməyə çağırmalıdır.

Görüşdə iki ölkə arasında avtomobil, dəniz və hava nəqliyyatı, tranzit yükdaşımaları və innovasiya sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ramin Quluzadə Pakistan səfirinə Ermənistanın son hərbi təxribatlardan danışıb

30-10-2020

Ramin Quluzadə Yaponiyanın yeni səfirinə Ermənistanın təxribatları barədə danışıb

16-10-2020

Nazir İran səfirinə Ermənistanın təcavüzkar siyasətindən danışıb

23-10-2020

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Nazir Ramin Quluzadə Latviya səfiri ilə görüşüb

16-01-2020

Ramin Quluzadə Fransanın Azərbaycana təyin olunmuş səfiri ilə görüşüb

02-10-2019

Ramin Quluzadə Özbəkistanın İnvestisiyalar və Xarici Ticarət naziri ilə görüşüb

15-10-2019

Nazir: “Erməni təxribatları bütün regionda İKT-nin inkişafına əngəl törədir”

23-10-2020

Ramin Quluzadə Rumıniyanın Baş nazirinin müavini ilə görüşüb

17-03-2018

Nazir Ramin Quluzadə ABŞ səfiri ilə görüşüb

26-07-2019

Nazir Ramin Quluzadə Avstriya nümayəndə heyəti ilə görüşüb

10-10-2019

Müdafiə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatı

14-09-2022

Ramin Quluzadə Ukrayna və Meksika nümayəndə heyətləri ilə görüşüb

10-02-2020

Ramin Quluzadə ABŞ-ın nümayəndə heyətini qəbul edib

12-11-2019

XİN Qarabağda qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə bəyanat yayıb

19-09-2023

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Bakıda Koreya Dövlətinin Yaranması Günü münasibətilə tədbir keçirilib

09-10-2019

Nazir Ramin Quluzadə iranlı həmkarı ilə videobağlantı formatında görüşüb

14-09-2020

Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb

19-09-2018

Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

02-06-2020

Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüş keçirib

05-12-2019

Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

08-09-2020

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021

Ramin Quluzadə çinli nümayəndə heyəti ilə görüşüb

18-11-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə