Previous Next
Bağla

Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

02-02-2016 18:14
Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

Fevralın 2-də rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Astara Rayon Mədəniyyət Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, görüşdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində Astarada da iri həcmli sosial layihələrin həyata keçirildiyini bildirib.

Qəzənfər Ağayev bu işlərin davamlı olduğunu, rabitə və kommunikasiya sahəsində də bir sıra tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələr haqqında məlumat verən nazir Ramin Quluzadə rabitə və telekommunikasiya sahəsindəki perspektivlərdən də söz açıb.

Diqqətə çatdırılıb ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ölkəmizdə telekommunikasiya şəbəkəsinin elektronlaşma səviyyəsi 100 faizə çatdırılıb, telefon şəbəkəsinin 45 faizi ən son texnologiyalar əsasında yenidən qurulub, 900-dən çox poçt şöbəsi, 10 poçt filialı üçün yeni binalar tikilib.

 Əhalinin 90 faizindən çox hissəsi rəqəmli televiziya yayımı ilə əhatə olunub, genişzolaqlı internet xidmətlərinin tətbiqinə başlanılıb.

Dövlət proqramlarının icrasının konkret nəticələr verdiyini qeyd edən nazir bu gün regionların müasir infrastruktur və inkişaf tempinə görə bəzi sahələr üzrə paytaxtı qabaqladığını vurğulayıb.

Qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində rabitə sahəsində də mühüm işlər görülüb.

Son texnologiyalara əsaslanan müasir telekommunikasiya, genişzolaqlı internet xidmətlərinin, tele-radio yayımının coğrafiyası regionlara doğru genişlənib.

Astarada rabitə və yüksək texnologiyalar sahəsində görülən işlərə toxunan nazir Ramin Quluzadə rayon üzrə telefon şəbəkəsinin tutumunun artırıldığını, genişzolaqlı internetin şəbəkəsi və teleradio yayımı sahəsində olan problemlərin həlli istiqamətində işlərin ardıcıl davam etdirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, yaxın iki ildə Astara rayonunun telefon şəbəkəsi üzrə 9500 nömrənin və 8000-ə yaxın genişzolaqlı xidmət avadanlığının istismara verilməsi, 3760 nömrə tutumlu yeni ATS-lərin quraşdırılması və 300 kilometrə yaxın yeni optik kabellərin çəkilməsi nəzərdə tutulur.

Görüşdə çıxış edən Milli Məclisin deputatı Rəşad Mahmudov vurğulayıb ki, Azərbaycan Prezidentinin anti-böhran tədbirləri ilə bağlı imzaladığı sərəncamlar qeyri-neft sektorunun inkişafı üçün geniş imkanlar açır.

Astarada da telekommunikasiya sahəsində də müəyyən işlərin görüldüyünü vurğulayan R.Mahmudov rayonun ucqar dağ kəndlərində və yeni salınmış yaşayış məntəqələrində kommunikasiya, o cümlədən poçt və rabitə xidmətinin yaxşılaşdırılması istiqamətlərində təkliflərini diqqətə çatdırıb.

Rayon ictimaiyyətinin nümayəndələri də rabitə və kommunikasiya sahəsi ilə bağlı təkliflərini səsləndiriblər.

Görüş başa çatdıqdan sonra nazir R.Quluzadə rayon sakinlərinin üzləşdikləri problemlərlə yerində tanış olub və aidiyyətı üzrə müvafiq tapşırıqlar verib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ramin Quluzadə vətəndaşlarla görüşdü

03-02-2016

Nazir Tərtərdə vətəndaşları qəbul edib

12-11-2016

Ramin Quluzadə Masallıda vətəndaşlarla görüşüb

14-04-2017

Nazir Neftçalada vətəndaşlarla görüşüb

09-12-2016

Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

06-12-2016

5 ildə regionların inkişafına 24 milyard manatdan çox vəsait ayrılıb

30-01-2019

Ramin Quluzadə məktəblilərlə görüşüb

22-08-2017

Nazir Ramin Quluzadə Dell şirkətinin nümayəndələri ilə görüşüb

22-02-2019

Nazir Sumqayıtda vətəndaşları qəbul edib

27-01-2017

Nazirlikdə yeni şəbəkə mərkəzləri yaradılır

25-10-2016

Göygöldə telekommunikasiya infrastrukturu yenidən qurulur

03-08-2015

Ramin Quluzadə nazir vəzifəsindən azad edildi

26-01-2021

Nazir İmişlidə vətəndaşları qəbul edib

10-03-2017

Ramin Quluzadə Ağcabədidə müşavirə keçirib-Foto

28-10-2016

Nazir Sabirabadda vətəndaşlarla görüşüb

05-03-2016

Ramin Quluzadə İsmayıllıda vətəndaşlarla görüşüb

06-05-2017

Nazir rabitə qurumlarına yeni tapşırıqlar verib

30-09-2016

Nazir Şirvanda vətəndaşlarla görüşüb

10-02-2017

Nazir Göyçayda vətəndaşlarla görüşüb

13-10-2017

Nazir Ramin Quluzadə Ucarda vətəndaşları qəbul edəcək

19-12-2019

Nazir Göygöldə vətəndaşlarla görüşüb

31-08-2017

Nazir Tovuzda vətəndaşlarla görüşüb

08-09-2017

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Ramin Quluzadə İranın rabitə və informasiya texnologiyaları naziri ilə görüşüb

29-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə