Previous Next
Bağla

Göygöldə telekommunikasiya infrastrukturu yenidən qurulur

03-08-2015 11:50
Göygöldə telekommunikasiya infrastrukturu yenidən qurulur

Məlumat verdiyimiz kimi, son vaxtlar regionlarda telekommunikasiya  sahəsində ciddi işlərə başlanılıb. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov da  çıxışlarında bu məsələyə xüsusi diqqət ayırdığını qeyd edir.

Xeberler.az-ın əməkdaşının Göygöl rayonundan verdiyi məlumata görə, hazırda Göygöldə həm rayondaxili, həm də ucqar kəndlərdə telekommunikasiya və İnternet xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində işlər aparılır.

Göygöl rayon Telekommunikasiya Qovşağının rəisi Vaqif Mirzəyev  Xeberler.az-a son altı  ayda rayonda bu istiqamətdə  görülən işlərdən danışıb.

Vaqif Mirzəyev bildirib ki, ilin birinci  yarısında “Regionların 2014-2018-ci illər ərzində sosial-iqtisadi inkişafı” Dövlət Proqramı layihəsinə uyğun olaraq əhalinin telekommunikasiya xidmətlərinə və genişzolaqlı sürətli İnternet xidmətinə olan təlabatların ödənilməsi məqsədilə Göygöl rayon telekommunikasiya qovşağından “Qarabağ məhəlləsi” nə yeni xətt təşkil etməklə 50 nömrənin çəkilişi üçün 27 ədəd rabitə dirəyi  basdırılıb.

Mərkəzi ATS-dən 1625 metr tutumlu TPP kabeller çəkilib. Onun sözlərinə görə, Göygöl rayonunun yeni yaşayış massivindəki mənzillər üçün tutumu 704 nömrə olan, Qırıxlı kəndində isə  telefona və genişzolaqlı sürətli İnternetə olan təlabatı ödəmək üçün 256 nömrə tutumlu rabitə avadanlıqları  alınıb. Beton bünövrələr tökülməklə stansiyalar quraşdırılıb. Hər iki stansiya ərazisində 4 min 50 metr optik kabellər çəkilib.

Rayon Telekommunikasiya Qovşağının  rəisi məlumat verib ki, bu il rayon üzrə 141 yeni abunəçiyə telefon çəkilib. Rayon üzrə telefon abunəçilərinin sayı 8 min 113-ə çatıb:

“Mərkəzi EATS-də Xaqani, Qırıqlı, Quşqara, Çaykənd, Üçtəpə , Yeni Qızılca və Aşıqlı-1 EATS-lərindən istismarda olan avadanlıqların tutumu üçün 832 portluq (artım 29,9%) sürətli İnternet avadanlıqları istifadəyə verilib.

Qeyd edək ki, hazırda Göygöl rayonunda həm rayondaxili, həm də ucqar kəndlərdə telekommunikasiya  və İnternetin  inkişafı   istiqamətində işlər davam edir. Bu barədə növbəti yazımızda məlumat verəcəyik.

 

Məltəm Talıbzadə,

Göygöl rayonu

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Göygöl Milli Parkında rabitə xidmətləri necə təşkil olunub?

Göygöl Milli Parkında rabitə xidmətləri necə təşkil olunub?

25-08-2015
Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

Göygölün kəndlərinə sürətli internet çəkilişi davam edir

17-09-2015
Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

Göygölün kəndlərində genişzolaqlı İnternet infrastrukturu qurulur

12-08-2015
Göygöldə internet infrastrukturunun qurulması başa çatıb

Göygöldə internet infrastrukturunun qurulması başa çatıb

03-12-2015
Qusarda yeni elektron ATS quraşdırılıb

Qusarda yeni elektron ATS quraşdırılıb

05-07-2019
Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

Şirvan şəhərində iki yeni elektron ATS istifadəyə verilib

16-01-2020
Qəbələdə İnternet xidmətlərindən istifadə edənlərin sayı artıb

Qəbələdə İnternet xidmətlərindən istifadə edənlərin sayı artıb

23-07-2015
Aztelekom İB-i yeni obyektləri istifadəyə verib

Aztelekom İB-i yeni obyektləri istifadəyə verib

04-12-2009
Neftçalada yeni elektron ATS istifadəyə verilib

Neftçalada yeni elektron ATS istifadəyə verilib

30-12-2008
Yeni rabitə obyektləri istifadəyə verildi

Yeni rabitə obyektləri istifadəyə verildi

27-05-2015
Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

Abşeronda telekommunikasiya infrastrukturu yenidən qurulur

22-11-2019
Zaqatalada müasir tələblərə uyğun infrastruktur qurulub

Zaqatalada müasir tələblərə uyğun infrastruktur qurulub

22-09-2015
Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

Kənd elektron ATS-ləri optik kabellə təmin olunur

27-07-2015
Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

Biləsuvarda telekommunikasiya xidmətlərinin əhatəsi genişləndirilir

23-07-2020
Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

02-02-2016
Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

Zaqatalada 12 yeni elektron ATS quraşdırılır

12-07-2015
Nazirlik regionda yeni texnologiyalar quraşdırır

Nazirlik regionda yeni texnologiyalar quraşdırır

27-10-2017
“Aztelekom”  yeni rabitə obyektləri istifadəyə verəcək

“Aztelekom” yeni rabitə obyektləri istifadəyə verəcək

17-03-2009
Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

Bakı Telefon Rabitəsi yeni ATS-lər tikib

26-07-2017
TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

TAE-nin Azərbaycan seqmentinə artıq 52 ATS qoşulub

01-12-2009
Daşkəsəndə bütün ATS-lər elektronlaşdırılacaq

Daşkəsəndə bütün ATS-lər elektronlaşdırılacaq

25-02-2009
Binə Ticarət Mərkəzində elektron avtomat telefon stansiyası istifadəyə veriləcək

Binə Ticarət Mərkəzində elektron avtomat telefon stansiyası istifadəyə veriləcək

01-12-2010
Zaqatalada dövlət provayderindən istifadə edənlərin sayı artıb

Zaqatalada dövlət provayderindən istifadə edənlərin sayı artıb

15-10-2015
Naxçıvanın kabel infrastrukturu yenilənir

Naxçıvanın kabel infrastrukturu yenilənir

05-10-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə