Previous Next
Bağla

Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

06-12-2016 18:14
Rabitə sahəsi işçilərinin peşə bayramı Gəncədə qeyd olunub

Bu gün Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır.  Artıq 10 ildir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla hər il 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi respublika ictimaiyyəti tərəfindən geniş qeyd olunur.

Builki peşə bayramı Azərbaycanda Telefon rabitəsinin yaranmasının  135 illiyi ilə əlamətdardır.

1881-ci il 6 dekabr tarixində “Nobel qardaşları cəmiyyəti” tərəfindən istismara verilən telefon xətti Azərbaycanda rəsmi olaraq ilk telefon xətti sayılır.

Azərbaycanda Telefon rabitəsinin 135 illik yubileyi münasibətlə Gəncə şəhərində Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi və kollektivi, Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, veteran rabitəçilər, şəhər ictimaiyyətinin nümayəndələri və rəsmi qonaqlar iştirak edib.

Xeberler.az-ın məlumatına görə, ilk öncə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb.

Daha sonra Heydər Əliyev Mərkəzinin foyesində “Azərbaycanda Telefon Rabitəsi 135 il” kitabı və ölkəmizdə rabitənin inkişaf tarixini əks etdirən foto qalereya ilə tanışlıq olub.

Sonra yubiley münasibəti ilə təşkil olunan tədbirə start verilib.

Öncə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə fəxri adların verilməsi haqqında sərəncamı oxunub.

Bir qrup rabitəçiyə fəxri adların təqdim olunmasından sonra Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nazir bildirib ki, Azərbaycan rabitəsi şərəfli inkişaf yolu keçib. Dünyada ilk telefon aparatı icad ediləndən cəmi 5 il sonra ölkəmizdə telefon xətləri çəkilib. Azərbaycanda telekommunikasiya sahəsinin inkişafının prioritet istiqamətlərdən biri olduğunu qeyd edən nazir, Prezident İlham Əliyevin bu sahəni daim diqqət mərkəzində saxladığını vurğulayıb.

Çıxışdan sonra Azərbaycan Rabitəsinin 135 illik inkişaf tarixinə həsr olunan “Yerdən Səmaya” filmi tədbir iştirakçılarına nümayiş olunub.

Rabitəçiləri Gəncə  sakinləri adından təbrik edən Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

Veteran rabitəçi Kamandar Allahverdiyev, Microsoft-un Azərbaycan nümayəndəliyinin rəhbəri  Sərxan Həşimov, gənc startapçı Fidan Rüstəmova rabitə və informasiya texnologiyaları sahəsində həyata keçirilən işlərin, əldə olunan uğurların və yaradılan münbit şəraitin yalnız bu sektorun deyil, ümumən ölkənin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Nazir Ramin Quluzadə Azərbaycanda Telefon rabitəsinin yaradılmasının 135 illik yubileyinə həsr olunmuş markanın möhürlənməsi mərasimində iştirak edib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramıdır

06-12-2025
Rabitəçilər peşə bayramlarını qeyd edir

Rabitəçilər peşə bayramlarını qeyd edir

06-12-2016
Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə təbrik

05-12-2015
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2021
6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

05-12-2008
6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

06-12-2024
Azərbaycanda ilk telefon xətti bu gün işə düşüb

Azərbaycanda ilk telefon xətti bu gün işə düşüb

06-12-2015
RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

RİNN əməkdaşları Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

06-12-2021
Telefon rabitəsinin yaranmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Telefon rabitəsinin yaranmasının 140 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

06-12-2021
Bakı Telefon Rabitəsi-nin əməkdaşları təltif ediliblər

Bakı Telefon Rabitəsi-nin əməkdaşları təltif ediliblər

14-12-2019
Saytımızın təbriki!!!

Saytımızın təbriki!!!

06-12-2008
Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür

Azərbaycanda telefon rabitəsinin yaradılmasından 140 il ötür

22-06-2021
Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

02-02-2016
Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

Rabitəçilər arasında keçirilən atletika yarışının qalibləri məlum olub

06-10-2016
Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə  dövlət mükafatları təqdim edilib

Təltif olunan rabitə və informasiya texnologiyaları sahəsi işçilərinə dövlət mükafatları təqdim edilib

08-01-2022
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

02-06-2020
“Azərpoçt”da Ümumdünya Poçt İttifaqının yaradılmasının 135 illiyinə həsr edilmiş tədbir keçirilib

“Azərpoçt”da Ümumdünya Poçt İttifaqının yaradılmasının 135 illiyinə həsr edilmiş tədbir keçirilib

09-10-2009
Təltif olunan rabitə və informasiya texnologiyaları işçilərinə mükafatlar təqdim edilib

Təltif olunan rabitə və informasiya texnologiyaları işçilərinə mükafatlar təqdim edilib

19-12-2024
Ramin Quluzadə məktəblilərlə görüşüb

Ramin Quluzadə məktəblilərlə görüşüb

22-08-2017
 Ramin  Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib

12-07-2019
Bakının ən peşəkar rabitəçisi müəyyənləşəcək

Bakının ən peşəkar rabitəçisi müəyyənləşəcək

15-09-2010
Ramin Quluzadə İKT sahəsində çalışanları təbrik etdi

Ramin Quluzadə İKT sahəsində çalışanları təbrik etdi

31-12-2015
ASAN xidmət işçilərinin peşə bayramı qeyd olunub

ASAN xidmət işçilərinin peşə bayramı qeyd olunub

28-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə