Previous Next
Bağla

Nazirlikdə yeni şəbəkə mərkəzləri yaradılır

25-10-2016 18:56
Nazirlikdə yeni şəbəkə mərkəzləri yaradılır

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) cari ilin 9 ayının yekunlarına dair müşavirə keçirilib. İclasda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, nazir müavinləri, müşavirlər, şöbə müdirləri, tabeli qurum və müəssisələrin rəhbərləri iştirak edib, bir çox qurumlarla canlı videokonfrans əlaqəsi yaradılıb.

RYNT-dən Xeberler.az-a verilən məlumata görə, müşavirəni açıq elan edən nazir Ramin Quluzadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında proqram xarakterli nitqindən irəli gələn  vəzifələr barədə danışaraq, qeyri-neft sektorunun aparıcı sahəsi kimi İKT-nin üzərinə daha böyük vəzifə və öhdəliklərin düşdüyünü qeyd edib.

Nazir ölkədə  aparılan uğurlu iqtisadi islahatlar fonunda rabitə və yüksək texnologiyalar sektorunda həyata keçirilən işlərdən danışıb. Əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə üzrə inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə çatdırıb.

Müşavirədə ötən 9 ay ərzində rabitə və yüksək texnologiyalar sahəsində görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.

Məruzə ilə çıxış edən nazirin birinci müavini Əli Abdullayev bildirib ki, cari ilin 9 ayı ərzində nazirliyin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyininin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, maliyyə intizamının gücləndirilməsi, əldə olunan gəlirlərin həcminin artırılması və  əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb.

Bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyon manata çatmış, gəlirlərin Ümumi Daxili Məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib.

Nazirin birinci müavini həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədi ilə şəbəkə mərkəzlərinin yaradılmasına başlanıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu mərkəz vasitəsi ilə, nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən  göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq.

Sonra məruzə ətrafında nazirliyin bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və həlli vacib məsələlər müzakirə edilib.

AzInTelecomm MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Aztelekom” MMC, Azərpoçt MMC, Məlumat Hesablama Mərkəzi, Azərkosmos ASC-nin rəhbərləri müəssisələrin fəaliyyəti, həyata keçirdiyi işlər və gələcək planları barədə təqdimatla çıxış edib.

Müşavirənin sonunda nazir Ramin Quluzadə nazirliyin fəaliyyətinin səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən nazir sektorun inkişafı üzrə tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına başlanılmasını qurum və müəssisələr qarşısında tələb kimi irəli sürüb. Nazir müəssisələrə fəaliyyətlərində olan çatışmazlıqların cari ilin sonunadək aradan qaldırılması ilə bağlı göstəriş verib. 

 

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

15-07-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kollegiya iclası keçirilib

22-10-2015

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində kollegiya iclasında hansı məsələlər müzakirə olundu?

27-10-2010

Nazirlik ötən ilin yekunları ilə bağlı hesabat verdi

17-01-2015

“Nöqsanlara yol verənlər işindən uzaqlaşdırılacaq”

18-12-2015

Ramin Quluzadə və müavininin növbəti vətəndaş qəbulları baş tutub

11-10-2019

İnternetdən istifadəyə görə 34-cü yerdəyik

10-10-2018

İKT sektorunun gəlirləri artıb

23-10-2015

İKT sektorunun gəlirləri artıb

22-10-2015

Nazir Ramin Quluzadə Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşüb

01-12-2020

Ramin Quluzadə nazir vəzifəsini müvəqqəti icra edəcək

25-11-2015

RYTN-nə yeni nazir təyin olundu-Sərəncam

15-01-2016

Regionlarda müasir telekommunikasiya xidmətləri təşkil edilir

02-02-2016

Azercell və Bakcell-ə 3G lisenziyası verilməsi barədə qərar qəbul olundu

02-11-2011

Nazirliyin rəhbərliyi Şamaxı və Ağsu rayonlarında vətəndaşlarla görüşüb

04-05-2019

RİTN-də 2009-cu ilin 9 ayın yekunlarına dair kollegiya iclası keçirilib

19-10-2009

Ramin Quluzadə Lənkəranda vətəndaşları qəbul edib

15-11-2019

Elmir Vəlizadə nazirlikdə baş verənlərdən danışdı

01-12-2015

Nazir Sumqayıtda vətəndaşları qəbul edib

27-01-2017

İKT sahəsində əldə olunan gəlirlərin həcmi 1,7 mlrd. manatı ötüb

17-01-2015

Nazir Neftçalada vətəndaşlarla görüşüb

09-12-2016

Nazir Ramin Quluzadə növbəti dəfə vətəndaşları qəbul edib

21-12-2019

Nazirlik nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

18-04-2017

Nazir Ramin Quluzadə Biləsuvarda vətəndaşlarla görüşüb

14-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə