“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026 / 11:32

“Rəqəmsal Məktəb” platformasının ( https://reqemsal.edu.az/ ) “Valideynlərin rəylərii” bölməsi vasitəsilə valideynlər övladlarına dərs deyən müəllimlərin fəaliyyəti barədə rəy bildirmək imkanına malikdirlər.

Valideynlər platformaya daxil olaraq övladlarına dərs deyən müəllimlər haqqında müvafiq meyarlar üzrə fikir və təkliflərini qeyd edə, dərslərin təşkili, müəllimin şagirdlərlə münasibəti barədə rəy verə bilirlər.

Valideynlər tərəfindən təqdim olunan rəylər “Rəqəmsal məktəb” platformasının məktəb direktoru səhifəsində əks olunur. Toplanılan rəylər tədris prosesinin təkmilləşdirilməsi, müəllim fəaliyyətinin qiymətləndirilməsi və şagirdlərin inkişafının daha yaxından izlənilməsinə şərait yaradır.

Qeyd edək ki, bölmənin yaradılmasında əsas məqsəd müəllim-valideyn əməkdaşlığının gücləndirilməsi və təhsilin keyfiyyətinin daha da yüksəldilməsindən ibarətdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə