Previous Next
Bağla

Elektron gündəlik sistemi nə deməkdir?

30-09-2009 08:00
Elektron gündəlik sistemi nə deməkdir?

Uzun illərdir ki, gündəlik məktəb ləvazimatlarının ayrılmaz bir hissəsidir. Hər bir məktəbli üçün gündəlik həm zəruridir, həm də vacibdir. Əvəllər gündəlik uşaqların təhsili haqqında valideynə məlumat verən yeganə effektiv üsul idi. Texnologiya inkişaf etdikcə əlbəttə ki, üsullar da çoxalır. İndi isə adi öyrəşdiyimiz gündəliyin yerini elektron gündəlik tutmaq üzrədir.

Artıq elektron jurnal-gündəlik dünyanın bir neçə ölkələrində istifadə edilir.

Avstraliyada, ABŞ-da, Kanadada və bir çox Avropa ölkələrində təhsil sitemində elektron gündəlik tətbiq edilir.

Rusiyanın elektron gündəlik sahəsində təcrübəsi o qədər də böyük deyil. Hələ ki elektron jurnal-gündəlik vahid şəkildə tətbiq edilməyib. Buna baxmayaraq geniş şəkildə yayılmaqdadır.

Elektron gündəlik –məktəb elektron jurnalının və sms-gündəliklərinin yaradılması sitemidir. Bu sistem məktəb və şagirdlərin valdeyinləri ilə daha effektiv əlaqə yaratmağa kömək edir. Elektron gündəliyin köməyi ilə valideynlər uşaqlarının oxumağını izləyə, onların dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə,yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər.

Elektron gündəlik sistemində valideynlərin müəllimlər və müdiriyyətlə on-line danışıqlar aparması da mümkündür. Şagird haqqında bütün məlumatlar valideynlərə göndərilir. Valideynlər mobil telefonlarından (sms-xəbərlər şəklində), elektron-poçtdan və ya məktəbin internet ünvanından övladlarının təhsili haqqında məlumat ala bilirlər.

Elektron gündəlikdən istifadə şagirdlərin də psixologiyasına təsir edir. Uşaqda məsuliyyət yaradır, çunki o dərs prosesinin açıqlığını başa düşür. Nəticədə şagird öz vaxtında məşğələlərə gəlir və daha diqqətli olur. Ümumiyyətlə işgüzarlığı yüksəldir.

Yaxşı oxuyan uşaqlar üçün nə elektron gündəlik, nə də adi gündəliklər qorxulu deyil. Onlar üçün elektron gündəlik heç bir təhlükə yaratmır. Ancaq zəif oxuyan uşaqlar qorxurlar ki, valideynlər onların təhsili haqqında hər şeyi biləcəklər və heç nəyi gizlətmək mümkün olmayacaq.

Elektron gündəlik sistemi getdikcə dünya ölkələrində tətbiq edilir. Azərbaycanda da bir-neçə ilə bu sistemin tətbiq edilməsi gözlənilir. Elektron gündəliyin dünya səviyyəsində tam qəbul olunub-olunmayacağını isə vaxt göstərəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Valideynlər üçün SMS-bildiriş xidməti bərpa olunub

07-10-2019

Ekspert: Təhsil Nazirliyi elektron məktəbi sıfırdan qurur?

18-09-2021

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

04-02-2026

Yeni informasiya texnologiyaları dövründə poçtun rolu müzakirə edilir

14-04-2015

Şagirdlərin elektron yerdəyişməsinə başlanılır

14-08-2019

SMS-bildiriş xidmətinə endirim ediləcək

14-08-2015

SMS gündəlik

22-10-2008

"Elektron məktəb" pilot layihəsi Azərbaycanın daha 30 orta məktəbində gerçəkləşdiriləcək

26-01-2011

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

09-04-2026

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

21-04-2026

Valideynlər uşaqların Shorts-a baxışına nəzarət edə biləcək

15-01-2026

Valideynlər üçün SMS-bildiriş xidməti bərpa olunacaq

14-09-2019

Amerikalıların 21 faizi elektron kitab oxuyur

05-04-2012

Bakcell internet paketin qiymətini 10 qəpiyə saldı

09-09-2015

“Rəqəmsal məktəb”: müəllim fəaliyyətinə dair valideyn rəyi

05-02-2026

“Elektron məktəb” layihəsi çərçivəsində Milli Təhsil Modeli formalaşır

13-02-2012

I sinfə e-sənəd qəbulunun növbəti mərhələsi başlayır

16-06-2017

Məktəblərdə onlayn "check-up" platforması tətbiq oluna bilər

26-08-2020

Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı sorğuların qəbuluna başlanacaq

15-10-2019

Bakıda 20 məktəbə kameralar quraşdırılacaq

14-02-2009

Valideynlər uşaqlara onlayn nəzarət edirlər - Reportaj

04-05-2015

“Elektron hökumət” portalına “Expressbank” da qoşuldu

19-03-2015

Bütün cihazlar bir sistemdən idarə olunacaq

22-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə