Previous Next
Bağla

"Rəqəmsal sahil idarəetməsi" informasiya sistemi yaradılacaq

17-11-2026 12:19
"Rəqəmsal sahil idarəetməsi" informasiya sistemi yaradılacaq

Xəzər dənizinin sahilboyu ərazilərində torpaq, tikili, infrastruktur və sair obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlandığı "Rəqəmsal sahil idarəetməsi" informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Xeberler.az İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən məlumat verir ki, bu, Prezident İlham Əliyevin sahilboyu ərazilərdə davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyət göstərməsi, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə ötən gün imzaladığı fərmanda öz əksini tapıb. Sənədin əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər daxil deyil.

Son illərdə Xəzər dənizinin sahilboyu ərazilərində urbanizasiya proseslərinin artması, antropogen təsirlər nəticəsində ekoloji vəziyyətin pisləşməsi, habelə Xəzər dənizinin geri çəkilməsi bu sahədə dövlət idarəetməsinin və gündəmə gələn ərazi planlaşdırılması məsələlərinin müasir çağırışlara uyğun, daha çevik və əlaqələndirilmiş şəkildə təşkilini zəruri edib. Fərmana əsasən, Xəzər dənizinin sahilboyu ərazisinin xüsusi hüquqi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyən edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə torpaqlardan istifadə və onların mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi funksiyaları Dövlət Xidmətinə həvalə edilib.

Yeni yanaşmanın əsas məqsədi torpaqların idarə olunmasında səmərəliliyin artırılması, bu sahədə iştirak edən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkili, sahilboyu ərazilərin qorunması məqsədilə mühafizə və nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq və hesabatlılığın təkmilləşdirilməsini təmin etməkdir.

Digər dövlət informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulan "Rəqəmsal sahil idarəetməsi" informasiya sistemi həm koordinasiyalı fəaliyyətin təşkili ilə bağlı zəruri inzibati icraat prosedurlarının, eyni zamanda əhaliyə göstəriləcək xidmətlərin rəqəmsal platforma üzərindən təşkil edilməsinə imkan yaradacaq.

Əhaliyə, o cümlədən sahibkarlara göstəriləcək xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkili nəzərdə tutulur ki, bu da torpaq istifadəçiliyi ilə bağlı məsələlərin daha çevik və distant şəkildə həll edilməsini, inzibati prosedurların sadələşdirilməsini təmin edəcək.

Sahilboyu ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırmanın aparılması, ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət sahələrinin inkişafı, turizm və rekreasiya imkanlarının genişləndirilməsi istiqamətində vahid yanaşmanın beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiqi nəzərdə tutulur.

Eyni zamanda, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə tapşırıqlar verilib. Bu sahədə qanunsuz istifadə və zəbt hallarının qarşısının alınması üçün hüquqi mexanizmlərin işlənilməsi də nəzərdə tutulur. Görüləcək tədbirlər sahilboyu ərazilərin davamlı inkişafına, ekoloji tarazlığın qorunmasına, şəffaflığın və effektivliyin artırılmasına töhfə verəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

Prezident işğaldan azad olunmuş ərazilərdə idarəetmənin təşkili ilə bağlı fərman imzalayıb

30-10-2020
Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025
Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

Süni intellekt üzrə prioritet sektorların siyahısı hazırlanacaq

19-03-2025
Uşaqların sosial şəbəkələrdə hüquqlarının qorunmasına dair qanun qəbul edilib

Uşaqların sosial şəbəkələrdə hüquqlarının qorunmasına dair qanun qəbul edilib

30-06-2026
Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

Daşınmaz əmlakın qeydiyyatında “bir pəncərə” prinsipinin tətbiqinə başlanılıb

01-10-2015
"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

"Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin Əsasnaməsi təsdiqlənib

26-01-2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun ilk oxunuşda qəbul olunub

12-06-2026
Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib

16-01-2025
“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025
Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb

27-09-2012
ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

ETX: Vətəndaşların fərdi məlumatlarının yayılmasının qarşısı alınıb

28-01-2026
Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlikdə qanunvericiliyin təkmilləşdirilməsi uğurla davam etdirilir

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlikdə qanunvericiliyin təkmilləşdirilməsi uğurla davam etdirilir

13-08-2026
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018
Torpaqların istifadəsində Peyk nəzarət sistemi qurulur

Torpaqların istifadəsində Peyk nəzarət sistemi qurulur

11-05-2018
Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013
Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

Azərbaycanda "İntellektual gömrük" informasiya sistemi yaradılır

25-06-2026
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

25-08-2025
Süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

08-10-2026
“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018
Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

Dövlət maliyyəsi üzrə sənəd dövriyyəsi elektronlaşdırılır

23-01-2026
“E-müqavilə” altsistemində RDMİS AI dəstək köməkçisi istifadəyə verilib

“E-müqavilə” altsistemində RDMİS AI dəstək köməkçisi istifadəyə verilib

19-10-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə