Previous Next
Bağla

Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

30-07-2018 14:38
Goranboyda torpaqların elektron kadastr işlərinə start verilib

Goranboy rayonunda torpaqların elektron kadastr işlərinə başlanılıb.

Xeberler.az məlumat verir ki, ölkədə elektron kadastr uçotu işlərinin aparılması ilə dəqiqləşmiş torpaq sahibliyi müəyyən ediləcək, hər bir vətəndaşa, eləcə də bələdiyyələrə, dövlətə məxsus olan torpaqların sərhədləri birmənalı məlum olacaq. “Bununla bütün növ torpaq sahələrinin hüquqi sənədlərdəki ərazi göstəriciləri ilə faktiki istifadə olunan ərazi göstəriciləri arasındakı uyğunsuzluqlar aradan qalxacaq. Heç kəs sahib olduğu torpaqdan əlavə ərazini zəbt edə bilməyəcək, dövlət nəzarəti təkmilləşdirilmiş formada həyata keçiriləcək. Bütün bunlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi nəticəsində reallaşacaq.

Hazırda müasir metodlardan, beynəlxalq təcrübədən, innovativ texniki imkanlardan istifadə edərək torpaqların elektron kadastr işləri davam etdirilir. Sistemə daxil olacaq növbəti rayon Goranboydur. Bununla əlaqədar rayonda işlərə start verilib”,- bildirilib.

Belə ki, bölgə ictimaiyyətini məlumatlandırmaq, görüləcək işlərin mahiyyəti, əldə olunacaq nəticələr, yaradılacaq sistemin üstünlüklərinin izah olunması məqsədilə bu gün rayon ərazisində tədbir keçirilib. Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılmasında əsas məqsəd ölkə ərazisində torpaq idarəetməsinin təkmilləşdirilməsi və ondan səmərəli istifadənin təmin edilməsidir. Bu sistemin təşkili ilə mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaqların sərhədləri, keyfiyyət və kəmiyyət göstəriciləri, həndəsi ölçüləri və digər məlumatlar elektron bazaya toplanır.

Bildirək ki, sistem bölgədə bütün kateqoriyalardan olan keyfiyyətli torpaqların yerləşdiyi ərazi və sahələrini dəqiq müəyyən etməyə, torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar əldə etməyə imkan verəcək.

Torpaq ərazilərində yerləşən daşınmaz əmlaklar barədə məlumatların bazaya daxil edilməsi ilə əmlaka dair çıxarışların verilməsi və digər qeydiyyat xidmətləri vətəndaşlara sadə və sürətli formada göstəriləcək. Elektron kadastr uçotu sistemi torpaq üzərində dövlət nəzarətinin təşkilində və torpaqların elmi əsaslarla idarə edilməsi sahəsində operativ imkanlar yaradacaq.

Qeyd edək ki, ümumilikdə 19 rayonda torpaqların elektron kadastr uçotu işləri yekunlaşıb, 8 rayonda isə görülən işlərin nəticələri ilə bağlı təqdimatlar keçirilib və praktiki istifadəsinə başlanılıb.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

Torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən artıq vətəndaşlar da faydalanır

20-12-2018
37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

37 rayonda elektron kadastr uçotu işləri başa çatdırılıb

11-07-2019
Regionlarda torpaqlar elektron uçota alınır

Regionlarda torpaqlar elektron uçota alınır

20-10-2017
Elektron kadastr uçot işlərinə başlanıldı

Elektron kadastr uçot işlərinə başlanıldı

14-06-2018
14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

14 rayonda torpaqlar elektron qeydiyyata alınıb

05-02-2018
35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

35 rayonda torpaqların elektron kadastr uçotu tam yekunlaşdırılıb

23-05-2019
Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

Torpaq idarəçiliyində milli peykdən istifadə ediləcək

07-05-2018
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Daşkəsən rayonunda istifadəyə verildi

18-12-2018
Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

Ölkə ərazisində bütün torpaq məlumatları rəqəmsallaşdırılacaq

13-06-2017
Ölkədə  4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

Ölkədə 4 milyon hektardan çox torpaq məlumatı rəqəmsallaşdırılıb

19-04-2017
Bakının elektron kadastr məlumat bazası yaradılıb

Bakının elektron kadastr məlumat bazası yaradılıb

23-09-2015
Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Masallı rayonunda istifadəyə verildi

25-12-2018
14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

14 rayonda torpaqlar elektron uçata alınıb-Hesabat

12-03-2018
Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

Azərbaycanda ərazilərin rəqəmsal xəritəsi hazırlanır

01-08-2017
Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

Torpaqların elektron uçotunda peyk xidmətindən istifadə ediləcək

22-02-2017
Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

Azərbaycanda yeni sistem: Torpaqların qeydiyyatı asanlaşır

19-11-2015
Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

Elektron kadastr uçotu sahəsində yeni ilin ilk nəticəsi Neftçala rayonunda istifadəyə verildi

17-01-2019
Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

Ağdaş rayonunda elektron kadastr uçotu bitdi

06-03-2019
Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı

31-01-2019
Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

Daha bir rayonda torpaqlar elektron qeydiyyata alınır

20-04-2018
Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində yeni idarəetmə dövrü başladı

27-11-2018
Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

Zaqatalada torpaqların elektron kadastr uçotu nəticələrinin istifadəsinə start verilib

14-11-2018
Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

Rəqəmsal kadastr xəritəsi nə zaman hazır olacaq ?

16-09-2019
Torpaqların istifadəsində Peyk nəzarət sistemi qurulur

Torpaqların istifadəsində Peyk nəzarət sistemi qurulur

11-05-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə