Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi imzalanıb

15-09-2021 / 11:48

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüş zamanı Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, “Hökumət buludu” və digər məsələlər üzrə gələcək əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb.

Görüşün sonunda “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi” imzalanıb.

Yol Xəritəsi əsasında əməkdaşlığın əsas məqsədlərini rəqəmsal transformasiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi ilə yanaşı, insan resurslarının inkişafı təşkil edir.

Xatırladaq ki, sözügedən İşçi qrupunun yaradılması məsələsi 2021-ci ilin fevral ayında Türkiyədə keçirilmiş görüşdə tərəflər arasında razılaşdırılıb. Sonrakı görüşlər zamanı əməkdaşlıq üzrə əsas istiqamətlər müəyyən edilərək Yol Xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə