10 oktyabrda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (internetə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022 – 2023-cü illər üzrə Yol Xəritəsinin təqdimatı keçirilib.
Xeberler.az bildirir ki, tədbir Yol Xəritəsində qeyd olunan tədbirlərin müzakirəsi, onların icrası üzrə qarşıda duran vəzifələr, eyni zamanda ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə təşkil olunub.
Təqdimat mərasimində dövlət qurumları və özəl şirkətlərin nümayəndələri, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvləri və media təmsilçiləri iştirak ediblər.
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnternetə qoşulma və internet infrastrukturu” İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov çıxışında bildirib ki, sözügedən İşçi qrupu tərəfindən “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (internetə) qoşulma: İnternetə qoşulma” indikatorunun bir sıra komponentləri əsasında təhlillər aparılıb, həmin təhlillərin və müvafiq təkliflərin əsasında isə Yol Xəritəsi hazırlanıb.
Nazir müavini qeyd edib ki, Yol Xəritəsinin həyata keçirilməsində maraqlı tərəf olaraq biznes və ictimaiyyət nümayəndələrinin məlumatlandırılması, onların islahatların hazırlanması və həyata keçirilməsi prosesində aktiv iştirakı və rəylərin təqdim olunması üçün əlverişli imkanların yaradılması bu sahədə həyata keçiriləcək kompleks tədbirlərin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir.
Tədbirdə İşçi qrupunun katibi Müşfiq Quluyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri, Yol Xəritəsinin icrasına məsul şəxs Ceyhun Hüseynzadə, Azərbaycan İnternet Cəmiyyətinin sədri və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın sədr müavini Qalib Qurbanov, “Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi” İctimai Birliyinin direktoru və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Osman Gündüz çıxış ediblər.
Çıxışlarda sözügedən Yol Xəritəsinin əhəmiyyəti və icrasına dair qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Məlumat üçün bildirək ki, “Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (internetə) qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022 – 2023-cü illər üzrə Yol Xəritəsi” 2022-ci il 30 sentyabr tarixində Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiq edilib (https://azranking.az/action-plans ).
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri