Previous Next
Bağla

Rəqəmsallaşma üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumlar açıqlanıb

09-01-2026 13:19
Rəqəmsallaşma üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumlar açıqlanıb

Azərbaycanda rəqəmsal transformasiyanın sistemli şəkildə idarə olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” icra olunur. Konsepsiya çərçivəsində dövlət sektorunda rəqəmsal həllərin effektivliyinin ölçülməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və təkmilləşdirmə tədbirlərinin planlaşdırılması üçün ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının aparılması nəzərdə tutulur.

Xeberler.az məlumat verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bildirilib. 

Qeyd edilib ki, dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər və digər müvafiq normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir.

Qeyd olunan istiqamətlər üzrə qiymətləndirmə və diaqnostika tədbirlərinin hüquqi və metodoloji əsaslarının müəyyən edilməsi məqsədilə müvafiq normativ-hüquqi aktlar təsdiq edilib:

- “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”;

- “Dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”.

Bu məqsədlə 2026-cı il üzrə diaqnostika və qiymətləndirmələrin aparılması nəzərdə tutulan qurumların siyahısını əhatə edən Fəaliyyət Planı hazırlanıb və ictimaiyyətə təqdim olunur.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

27-10-2025

İnformasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası qaydaları təsdiqlənib

23-10-2025

Elektron xidmətlərin təşkili və qiymətləndirilməsi müəyyənləşib

10-12-2025

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025

Elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları təsdiqlənib

04-08-2025

Azərbaycanda "Rəqəmsal İnkişaf Konsepsiyası” təsdiqlənib

16-01-2025

Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu təsdiqlənib

20-07-2023

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

“Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqlənib

12-08-2025

Enerji effektivliyi informasiya sisteminin operatoru məlum olub

15-01-2026

“Rəqəmsal ekologiya” informasiya sistemi yaradılıb

10-01-2025

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

"Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi təsdiq edilib

05-12-2023

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

“Şübhəli əməliyyatların monitorinqi” informasiya sistemi yaradılır

11-07-2025

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü olub

26-06-2025

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018

Azərbaycan Rəqəmsal İnkişaf Şurası yaradılıb

27-02-2026

ƏƏSMN İT xərclərinə 30 faizədək qənaət edəcək

28-03-2022

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib

10-12-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə