Previous Next
Bağla

RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

26-11-2025 18:54
RINN Kənd Təsərrüfatı Nazirliyinin rəqəmsallaşma səviyyəsini qiymətləndirib

Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2025-ci il tarixli 287 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”na uyğun olaraq dövlət qurumlarında rəqəmsal inkişaf proseslərinin monitorinqi və qiymətləndirilməsi üçün əsas fəaliyyət göstəriciləri sistemlərinin, rəqəmsallaşma diaqnostikasının və sürətləndirilmiş rəqəmsallaşdırma ssenarilərinin hazırlanması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Kənd Təsərrüfatı Nazirliyində (KTN) rəqəmsallaşma səviyyəsinin diaqnostikası aparılıb. Həyata keçirilmiş diaqnostikanın nəticələri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov və kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimovanın iştirakı ilə keçirilmiş görüşdə təqdim edilib.

Xeberler.az bildirir ki, diaqnostika strategiya, xidmətlər, texniki-texnoloji infrastruktur və əməliyyat modelləri olmaqla dörd əsas istiqaməti əhatə edib.

Diaqnostikanın nəticələrinə əsasən, KTN-də rəqəmsallaşma təşəbbüslərini əhatə edən strategiya sənədlərinin hazırlandığı və vahid strateji çərçivə kimi rəsmiləşdirildiyi, eləcə də Nazirlikdə rəqəmsallaşma sahəsində ümumi məlumatlılıq və mədəniyyət formalaşdırıldığı bildirilir. 

Aparılan qiymətləndirmə nəticələrinə görə prioritet xidmətlərin rəqəmsallaşdırılması təmin edilib və digər xidmətlərin rəqəmsallaşdırılması prosesi davam etdirilir. Nazirlik tərəfindən təqdim edilən rəqəmsal xidmətlərin təxminən 90%-i Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya olunub, xidmətlərin 70-80%-i isə “Yonca” mobil tətbiqi vasitəsilə vətəndaşlara təqdim olunur. 

Texniki-texnoloji sahədə qiymətləndirmə göstərib ki, Nazirliyin əsas informasiya sistemi kimi Elektron Kənd Təsərrüfatı Sistemi (EKTİS) fəaliyyət göstərir və digər informasiya sistemlərinin EKTİS-in altsistemi qismində vahid arxitekturaya inteqrasiyası üzrə işlərə başlanılıb. EKTİS və süni intellekt pilot layihələri çərçivəsində məlumat əsaslı qərarvermə prosesi təşkil edilib. Süni intellekt və analitik imkanlar üzrə tədbirlər planı hazırlanıb və müxtəlif tətbiqlər (Bitki növləri xəritəsi, Torpaq xəritəsi, Bitki sağlamlığına nəzarət, Bitki məhsuldarlığının proqnozu) pilot mərhələsindədir. Nazirlik tərəfindən açıq məlumatlar “Agro Data” və Açıq Məlumatlar Portalı vasitəsilə ictimaiyyətə təqdim olunur. Bununla yanaşı, informasiya ehtiyat və sistemlərinin “Hökumət buludu”na tam şəkildə keçidi ilə bağlı planlaşdırma və hazırlıq işləri davam edir. 

Əməliyyat sahəsində aparılan qiymətləndirmə zamanı müəyyən edilib ki, KTN əməkdaşlarının rəqəmsallaşma sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə təlimat sənədləri ilə təmin olunur. Eyni zamanda rəqəmsal xidmətlərin və informasiya sistemlərinin formalaşdırılmasından əvvəl zəruri hüquqi prosedurlar təmin olunur. 

Görüş çərçivəsində 2025-2027-ci illəri əhatə edən 3 illik “Rəqəmsallaşma üzrə Yol Xəritəsi” təsdiqlənib. Yol Xəritəsi kənd təsərrüfatı sektorunda rəqəmsal dayanıqlılığın təmin edilməsinə, süni intellekt layihələrinin genişləndirilməsinə, mövcud rəqəmsal xidmətlərin təkmilləşdirilməsinə, fermerlərin rəqəmsal xidmətlərə çıxış imkanlarının artırılmasına, rəqəmsallaşma üzrə peşəkar komandanın formalaşdırılmasına və müasir texnologiyalara əsaslanan informasiya sistemlərinin inkişafına xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026
Rəqəmsallaşma üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumlar açıqlanıb

Rəqəmsallaşma üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumlar açıqlanıb

09-01-2026
Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

Rəqəmsal və süni intellekt yol xəritəsi hazırlanır

01-10-2025
Nazir müavini: Növbəti məqsəd kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

Nazir müavini: Növbəti məqsəd kənd təsərrüfatında süni intellekt əsaslı sistemlərin tətbiqidir

19-05-2026
Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019
İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

İnformasiya infrastrukturu üzrə yeni qaydalar təsdiq edilib

27-10-2025
Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026
“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015
Prezident İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev fərman imzaladı

13-09-2018
“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

03-08-2020
Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015
“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025
“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025
Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019
Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

Kənd Təsərrüfatı Nazirliyi və Azərkosmos arasında əməkdaşlıq genişlənir

16-05-2024
Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

Samir Məmmədov: "Azərbaycanda rəqəmsal inkişaf üzrə sürətli transformasiya üçün zəmin yaradılıb"

30-09-2024
12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019
İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

06-03-2025
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019
 E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

E-kənd təsərrüfatı informasiya sistemi təqdim edildi- Foto

08-10-2016
37,500 fermer elektron qeydiyyatdan keçib

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019
Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026
Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019
Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə