Previous Next
Bağla
REKLAM YERİ

Azərbaycanda Hökumət Buludu yaradılır

04-06-2019 11:35
Azərbaycanda Hökumət Buludu yaradılır

Prezident İlham Əliyev «Hökumət buludu»nun (G-cloud) yaradılması və «bulud» xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında fərman imzalayıb. 

Xeberler.az bildirir ki, fərmanda deyilir:

Azərbaycan Respublikasında dövlət idarəçiliyində operativliyin və səmərəliliyin artırılması məqsədilə “Elektron hökumət”in formalaşması artıq təmin olunmuşdur. Hazırda dövlət qurumları informasiya sistemləri və ehtiyatlarından, onlar əsasında yaradılan elektron xidmətlərdən geniş istifadə edirlər. Cənubi Qafqaz regionunda ilk olaraq Azərbaycan Respublikasının TIER III səviyyəli, ISO 20000 və ISO 27001 standartlarına uyğun Data Mərkəzi yaradılmış və fəaliyyəti təmin edilmişdir. 

Görülmüş işlərin davamı kimi, ölkədə “Elektron hökumət”in inkişafı, “rəqəmsal hökumət”ə keçidin təmin edilməsi, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi, vətəndaşların bu imkanlardan sərbəst istifadəsi məqsədilə “bulud” texnologiyasının tətbiqi məqsədəuyğundur. Dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılması və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsi “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planı”nın 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar qərara alıram:

1. “Hökumət buludu” (G-cloud) Konsepsiyası” təsdiq edilsin (əlavə olunur).

2. “Hökumət buludu” (G-cloud) Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin (bundan sonra – Data Mərkəzi) infrastrukturunda yaradılsın.

3. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Hökumət buludu”nun operatoru (bundan sonra – operator) təyin edilsin.

4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

4.1. Azərbaycan Respublikasında dövlət orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, büdcə təşkilatlarının, publik hüquqi şəxslərin (bundan sonra – dövlət qurumları) dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində saxlanılmasını, həmçinin “Hökumət buludu”ndan istifadəni təşkil etsin;

4.2. Data Mərkəzində və “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və aparılması, elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin etsin;

4.3. dövlət informasiya sistemlərinin və ehtiyatlarının Data Mərkəzində yerləşdirilməsi, habelə “Hökumət buludu”nun idarə edilməsi, saxlanılması və təkmilləşdirilməsi ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər versin;

4.4. “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələbləri müəyyən etsin.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

5.1. informasiya ehtiyatları və sistemləri, habelə elektron xidmətlərlə bağlı dövlət qurumlarının təqdim etdikləri layihələrə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə rəy verilməsi zamanı operatorun “Hökumət buludu”ndan istifadə ilə bağlı texniki tələblərini nəzərə alsın;

5.2. dövlət qurumları tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılması, aparılması və təkmilləşdirilməsi, o cümlədən elektron xidmətlərin təşkili və göstərilməsi ilə bağlı dəstək tədbirləri görsün;

5.3. dövlət qurumlarının bu Fərmanın 8.1-ci bəndində qeyd edilən Keçid Planına uyğun olaraq Data Mərkəzində yerləşdirilmiş dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda formalaşdırılmasına operatorla birgə nəzarət etsin.

6. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti:

6.1. dövlət qurumlarının “Hökumət buludu”na qoşulması üçün onları zəruri telekommunikasiya kanalları ilə təmin etsin;

6.2. “Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün operatorla birgə müvafiq tədbirlər görsün.

7. Dövlət qurumları:

7.1. dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini, o cümlədən elektron xidmətlərin təşkilini və göstərilməsini təmin etsinlər;

7.2. “Hökumət buludu”nda dövlət informasiya sistemlərinin və ehtiyatlarının aparılması xərcləri ilə bağlı tələb olunan vəsait barədə hər təqvim ili ərzində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər versinlər.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na Keçid Planını Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. bu Fərmanın 4.3-cü və 7.2-ci bəndlərində qeyd edilən təkliflər əsasında tələb olunan vəsaitin cari ilin və növbəti illərin dövlət büdcəsində nəzərə alınması üçün müvafiq tədbirlər görsün;

8.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 3 iyun 2019-cu il.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərman imzalayıb

07-02-2013

“Hökumət buludu”na Keçid Planı” təsdiqlənib

01-11-2020

“Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı” təsdiq edilib

31-10-2020

“Hökumət buludu”nun yaradılması ilə bağlı fərmanda dəyişiklik edilib

18-08-2020

Nazirliyə yeni səlahiyyətlər verilib

18-08-2020

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

07-03-2014

ƏƏSMN İT xərclərinə 30 faizədək qənaət edəcək

28-03-2022

“Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs yaradılıb

14-03-2018

"Hökumət buludu"na keçidlə bağlı daha 9 dövlət qurumu ilə müzakirələr aparılıb

11-12-2021

“Hökumət buludu”nun Milli Data Mərkəzi yaradılacaq

22-12-2020

Prezident rabitə şəbəkələrində informasiya təhlükəsizliyi ilə bağlı qaydaları təsdiqlədi

02-10-2015

“Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” qərara dəyişiklik edilib

25-08-2022

“Hökumət buludu”nun arxitekturası işlənib-hazırlanıb

14-01-2022

"Hökumət buludu"na keçidlə bağlı daha dörd dövlət qurumu ilə müzakirələr aparılıb

14-10-2021

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024

“Ərzaq təminatı xəritəsi” informasiya sistemi yaradılıb

25-11-2025

“Hökumət buludu”na keçidlə bağlı müzakirələr davam edir

16-04-2021

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rabitə və YüksəkTexnologiyalar Nazirliyi haqqında Əsasnamə təsdiq edildi.

20-06-2014

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

“Hökumət buludu”na Keçid Planı üzrə dəyirmi masalar keçirilir

18-03-2021

Baş Prokurorluq “Hökumət buludu”na qoşulub

21-11-2022

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024

Mədəniyyət Nazirliyi informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

27-12-2023

Ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciət sistemi yaradlır

24-02-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə