Previous Next
Bağla

“AzTU GAMEDEV PROGRAM”ın qalibləri müəyyənləşib

24-11-2026 19:48
“AzTU GAMEDEV PROGRAM”ın qalibləri müəyyənləşib

Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən “AzTU GAMEDEV PROGRAM” 48 saatlıq hakatonla (Game Jam) başa çatıb. Yekunda ən uğurlu beş komanda müəyyənləşib və mükafatlandırılıb.

Xeberler.az bildirir ki, proqram “Xsolla”, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və AzTU-nun birgə təşəbbüsü ilə həyata keçirilib. Təşkilatçılar “Nomadman Studio”, “IGDA Azerbaijan” və AzTU İnkubasiya Mərkəzidir. Layihənin məqsədi gənclərin oyun sənayesinə marağını peşəkar bacarığa çevirmək və ölkədə oyun hazırlayan istedadların yetişməsinə dəstək olmaqdır.

Proqram 22 oktyabrda AzTU İnkubasiya Mərkəzində seçilmiş iştirakçılar üçün təşkil olunan infosessiya ilə start götürüb. Bootcamp-a AzTU ilə yanaşı daha 8 universitetdən, ümumilikdə 9 ali məktəbdən tələbələr seçilib. Dörd həftə ərzində iştirakçılar Game Design, Game Art, Unity Programming və Unreal Engine istiqamətləri üzrə 20 praktik təlimdə iştirak ediblər. Təlimləri sahənin təcrübəli mütəxəssisləri keçib. İştirakçılar oyun ideyasının hazırlanmasından vizual dizayna və proqramlaşdırmaya qədər oyun yaratmağın bütün mərhələləri ilə tanış olublar.

Proqramın final mərhələsi olan hakaton 20 noyabr saat 19:00-da başlayıb. Tədbiri “IGDA Azerbaijan”ın rəhbəri və “Nomadman Studio”nun direktoru İlqar Əlirzayev açıb. O, iştirakçıları salamlayıb, proqramın məqsədləri və hakatonun keçirilmə qaydaları barədə məlumat verib.

Daha sonra AzTU-nun rektoru, professor Vilayət Vəliyev çıxış edib. Rektor universitetin rəqəmsal texnologiyalar və innovasiya sahəsində tələbələrə yeni imkanlar yaratmağa xüsusi önəm verdiyini vurğulayıb. O, oyun sənayesinin rəqəmsal iqtisadiyyatın perspektivli istiqamətlərindən biri olduğunu qeyd edib və proqramın həyata keçirilməsinə dəstək olan tərəfdaşlara təşəkkürünü bildirib. Vilayət Vəliyev iştirakçılara hakatonda uğurlar arzulayıb.

Hakatonda 81 tələbə 20 komanda şəklində yarışıb. İştirakçıların 42-si AzTU tələbəsidir. Hakatonda həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti və Azərbaycan Universitetinin tələbələri iştirak ediblər.

Komandalar 48 saat ərzində fasiləsiz çalışaraq sıfırdan oyun ideyası hazırlayıb, onun işlək prototipini qurub və 22 noyabrda layihələrini münsiflər heyətinə təqdim ediblər.
Münsiflər heyətinin tərkibi belə olub:

  • Nikita Yudin – “Xsolla Baku” MMC-nin layihə meneceri
  • Ulvi Aslanov – “Code Academy”nin baş icraçı direktoru (CEO)
  • Yaqub Mehdiyev – “DynamicBox”un art direktoru

Layihələr oyunun ideyası, oynanış mexanikası, vizual həlli və texniki icrası üzrə qiymətləndirilib. Münsiflər heyətinin qərarı ilə nəticələr belə olub:

I yer – “Excalibur Studios” komandası, “One More Room” oyunu (Azərbaycan Tibb Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti)

II yer – “Quasar” komandası, “Sneak, don’t Squeak” oyunu (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

III yer – “Zenith” komandası, “Zenith” oyunu (Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası)

IV yer – “Fried Fish” komandası, “Robbery Cat” oyunu (Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

V yer – “Tetragon” komandası, “Pale” oyunu (Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)

Qaliblər arasında ümumilikdə 27 200 manat (təxminən 16 000 ABŞ dolları) mükafat bölüşdürülüb. Proqramı tamamlayan bütün iştirakçılara sertifikat təqdim olunub.

Qeyd edək ki, AzTU İnkubasiya Mərkəzi “Xsolla” ilə əməkdaşlıq çərçivəsində oyun hazırlanması istiqamətində yeni təlim və inkubasiya təşəbbüslərini davam etdirməyi planlaşdırır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
“AzTU GAMEDEV PROGRAM”ın infosessiyası keçirilib

“AzTU GAMEDEV PROGRAM”ın infosessiyası keçirilib

23-10-2026
İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

İnformatika olimpiadasının yarımfinal mərhələsinin nəticələri açıqlanıb

13-03-2026
AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

17-10-2026
Uber-dən tələbələr üçün yenilik

Uber-dən tələbələr üçün yenilik

14-09-2015
İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

İnformatika üzrə X Ümumrespublika Olimpiadasının finalı olub

04-05-2015
“Game Summit 2026” tədbiri başa çatıb

“Game Summit 2026” tədbiri başa çatıb

11-05-2026
Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

Bakıdakı universitetlərin blog şəbəkəsi yaradılacaq

07-04-2009
48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023
Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

Qazi Universitetində “Tədqiqat-Təcrübə Proqramı”nda iştirak edən AzTU-nun heyəti ilə ilkin qiymətləndirmə görüşü keçirilib

07-06-2022
AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

AzTU ilə Bilişim Vadisi arasında əməkdaşlıq protokolu imzalanıb

28-02-2023
Azercell daha bir bilik yarışmasına dəstək oldu

Azercell daha bir bilik yarışmasına dəstək oldu

10-12-2015
Azercell “CyberCell Hackathon”a start verir

Azercell “CyberCell Hackathon”a start verir

18-10-2025
Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

Azərbaycanda ilk dəfə 3 universitet TOP 800-ə daxil olub

18-06-2026
“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

“EduHack” hakatonuna 24 yerli və 21 xarici universitetdən müraciət daxil olub

30-07-2020
Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

Ən yaxşı startap komandası olan ali təhsil müəssisələri bəlli oldu

09-10-2018
AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19-05-2025
“Game Summit 2026” tədbiri keçiriləcək

“Game Summit 2026” tədbiri keçiriləcək

21-04-2026
AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

AzTu kosmik sahəsində beynəlxalq əlaqələrini genişləndirir

31-08-2023
AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri əməkdaşlıq edəcək

15-03-2024
Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

Proqramlaşdırma üzrə beynəlxalq müsabiqənin qalibləri açıqlanıb-Foto

24-10-2016
Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017
AzTU komandası “University Demo Day” müsabiqəsində 3-cü yerə layiq görülüb

AzTU komandası “University Demo Day” müsabiqəsində 3-cü yerə layiq görülüb

09-07-2026
Tələbələrə güzəştli kredit verilməsi ilə bağlı sayt fəaliyyətə başladı

Tələbələrə güzəştli kredit verilməsi ilə bağlı sayt fəaliyyətə başladı

06-06-2016
COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

COVID-19 və universitet kitabxanalarının rəqəmsal mühitə adaptasiyası canlı yayımda müzakirə olunub

29-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə