Previous Next
Bağla

RYTN-in keçmiş Aparat rəhbərinin həbs müddəti uzadılıb

14-02-2016 13:22
RYTN-in  keçmiş Aparat rəhbərinin  həbs müddəti uzadılıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xeberler.az Report-a istinadən məlumat verir ki, prokurorluğun müvafiq vəsatətinə Binəqədi Rayon Məhkəməsində baxılıb və V.Zeynalov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay artırılıb.

Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

06-10-2016

RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

06-10-2016

RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

26-01-2016

Əli Abbasova cinayət işi açıldı

26-10-2016

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016

RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

20-10-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016

Nazirliyin sabiq əməkdaşlarının ittiham aktı elan olunub

30-09-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016

Vəkil: Vidadi Zeynalov yerimə qabiliyyətini itirib

11-10-2016

RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

23-08-2016

RYTN-in keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

17-05-2016

RYTN-in Aparat rəhbərinin müavini işdən çıxarıldı

10-12-2015

Baş Prokurorluq nazirlikdəki həbslərlə bağlı rəsmi məlumat yayıb

13-11-2015

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016

RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

29-10-2015

RYTN-nə yeni Aparat rəhbəri təyin olundu

02-02-2016

MTN işi ilə bağlı BTRİB-in keçmiş rəisinə cinayət işi açıldı

26-10-2015

Aztelekom-un baş direktoru həbs edildi

17-11-2015

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

BTRİB-in keçmiş baş mühasibinin həbs müddəti uzadılıb

15-02-2016

AzinTelekom-un sabiq baş direktoru da azadlığa buraxıldı

27-07-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə