Previous Next
Bağla

Vəkil: Vidadi Zeynalov yerimə qabiliyyətini itirib

11-10-2016 17:44
Vəkil: Vidadi Zeynalov yerimə qabiliyyətini itirib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalovun sağlıq durumundan ciddi problemlər var.

Xeberler.az bildirir ki, bu haqda “Yeni Müsavat”a onun vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı qərəzli münasibət var:

“Vidadi Zeynalov səhhətindəki problemlə əlaqədar olaraq, görüş otağına gələrkən çox əziyyət çəkir. O, həbs edilməmişdən əvvəl diz qapağından əməliyyat olunub. Onun belində ağır dərəcəli onurğa yırtığı (qrija) və sinir ağrıları var. Buna görə də Vidadi Zeynalov otura bilmir. O, yerimə qabiliyyətini itirmək həddindədir. O, ya yataqda uzanmalı, ya da ayaq üstə dayanmalıdır. Bizim şikayətlərimizdən sonra onu 3-ci mərtəbədən 1-ci mərtəbəyə köçürdülər. Amma onu şəraitsiz otağa köçürüblər. Ona qarşı məhdudiyyətlər 5 qat artırılıb. Vidadi Zeynalov mənə şiddətli ağrılarının olduğunu, buna görə gecələr yata bilmədiyini deyir. Onu formal olaraq şəraitsiz, nəmişlik otağa keçiriblər. Həmin otaqdakı şərait onun xəstəliyinə daha da pis təsir edir”.

Vəkil Ədliyyə Nazirliyi rəhbərliyinə müraciət edərək Vidadi Zeynalovla bağlı məsələyə diqqət ayırılmasını istəyib:

“Vidadi Zeynalovun telefon danışıqlarına qadağa tətbiq edilib, yaxınları ilə görüşmək hüququ məhdudlaşdırılıb. Vidadi Zeynalova qarşı açıq şəkildə aqressiv münasibət sərgilənir. Ona xüsusi dietik qidaların verilməsinin də qarşısı alınır. Bu təzyiqlərə son qoyulmasını xahiş edirik”. Qeyd edək ki, 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluq Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində ittiham edilib. Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddəsi ilə ittiham olunan V.Zeynalov barəsində Binəqədi Rayon Məhkəməsində həbs qətimkan tədbiri seçilib. Bu müddət sonradan bir neçə dəfə artırılıb.

 

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
RYTN-in  keçmiş Aparat rəhbərinin  həbs müddəti uzadılıb

RYTN-in keçmiş Aparat rəhbərinin həbs müddəti uzadılıb

14-02-2016
RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

26-01-2016
RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

06-10-2016
RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

06-10-2016
RYTN-in Aparat rəhbərinin müavini  işdən çıxarıldı

RYTN-in Aparat rəhbərinin müavini işdən çıxarıldı

10-12-2015
RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

29-10-2015
Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016
Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016
RYTN-nə yeni Aparat rəhbəri təyin olundu

RYTN-nə yeni Aparat rəhbəri təyin olundu

02-02-2016
Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016
Nazirliyin sabiq əməkdaşlarının ittiham aktı elan olunub

Nazirliyin sabiq əməkdaşlarının ittiham aktı elan olunub

30-09-2016
RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016
RYTN-in aparat rəhbəri həbs olunmayıb

RYTN-in aparat rəhbəri həbs olunmayıb

28-10-2015
RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016
Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016
RYTN-nin aparat rəhbəri azadlıqdadırmı?

RYTN-nin aparat rəhbəri azadlıqdadırmı?

30-10-2015
RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

20-10-2016
MTN işi ilə bağlı BTRİB-in keçmiş  rəisinə cinayət işi açıldı

MTN işi ilə bağlı BTRİB-in keçmiş rəisinə cinayət işi açıldı

26-10-2015
Vidadi Zeynalov: “Yalnız prezidentdən əfv istəyirəm”

Vidadi Zeynalov: “Yalnız prezidentdən əfv istəyirəm”

27-10-2017
Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib

Vidadi Zeynalovun şikayəti üzrə məhkəmədə prokuror çıxış edib

07-11-2017
RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

23-08-2016
Əli Abbasova cinayət işi açıldı

Əli Abbasova cinayət işi açıldı

26-10-2016
Sabiq nazir Əli Abbasovun ibtidai istintaqa ifadəsi açıqlanıb

Sabiq nazir Əli Abbasovun ibtidai istintaqa ifadəsi açıqlanıb

16-11-2016
“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

22-11-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə