Previous Next
Bağla
REKLAM YERİ

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016 10:01
Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin (RYTN) Aztelekom MMC-nin həbsdə olan sabiq baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov və nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərovun həbs müddəti artırılıb. 

 Xeberler.az-ın  məlumatına görə, Binəqədi rayon məhkəməsində adıçəkilən şəxslərin həbs müddətinin artırılması ilə bağlı prokurorluq orqanının verdiyi təqdimata baxılıb. Məhkəmənin qərarı ilə M.Məmmədov, O.Rüstəmov və C.Cəfərovun həbs müddətləri 3 ay uzadılıb. Qərara görə, təqsirləndirilən şəxslərin həbs müddəti avqustun 26-dan noyabrın 26-dək artırılıb. 

Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. ( trend)

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

RYTN-in keçmiş yüksək vəzifəli əməkdaşlarının həbs müddəti uzadılıb

17-05-2016

Aztelekom-un baş direktoru həbs edildi

17-11-2015

RYTN-in sabiq Aparat rəhbərinin həbs müddəti uzadıldı

26-01-2016

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016

Aztelekom-un sabiq baş direktoru cərimə kamerasına salınıb

07-09-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016

Əli Abbasova cinayət işi açıldı

26-10-2016

AzinTelekom-un sabiq baş direktoru da azadlığa buraxıldı

27-07-2017

Aztelekom-a yeni rəhbər təyin edildi

14-03-2016

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016

RYTN-in keçmiş Aparat rəhbərinin həbs müddəti uzadılıb

14-02-2016

RYTN-in sabiq əməkdaşları külli miqdarda pul mənimsəyib

20-10-2016

RYTN-in Aparat rəhbərinin müavini işdən çıxarıldı

10-12-2015

Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi

27-07-2017

RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

23-08-2016

RYTN-nin aparat rəhbəri Vidadi Zeynalov həbs olunub

29-10-2015

BTRİB-in keçmiş baş mühasibinin həbs müddəti uzadılıb

15-02-2016

RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

06-10-2016

RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

06-10-2016

“Rabitə işi” məhbuslarının əmlakı azadlıqda - Siyahı

22-11-2017

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

Azərpoçt-un baş direktoru saxlanılıb

03-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə