Previous Next
Bağla

Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

09-06-2026 19:25
Şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib

Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Birləşmiş Ərəb Əmirliklərinin G42 “Presight” şirkəti ilə tərəfdaşlıq çərçivəsində “Rəqəmsal məktəb” platformasında şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib.

Xeberler.az bildirir ki, bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, rəqəmsal köməkçi şagirdlərin gündəlik öyrənmə prosesində fərdi dəstək almasına, dərs mövzularını daha asan mənimsəməsinə və suallarına cavab tapmasına imkan yaradır. Həmçinin müxtəlif fənlər üzrə şagirdlərin suallarını cavablandırır, mürəkkəb mövzuları sadə dildə izah edir, anlayışları mərhələli şəkildə açıqlayır və müstəqil öyrənmə bacarıqlarının inkişafına dəstək göstərir.

"Süni intellekt əsaslı mentor hər bir şagirdlə fərdi ünsiyyət quraraq onun öyrənmə tempinə uyğun dəstək təqdim edir. Çətin fizika mövzusunun izahı və ya məktəbdən sonra riyaziyyat məsələlərinin addım-addım həlli kimi hallarda rəqəmsal köməkçi şagirdlərə yalnız dərs zamanı deyil, ehtiyac duyduqları istənilən vaxt fərdi dəstək göstərir.

Rəqəmsal tədris köməkçisindən istifadə etmək üçün şagirdlər “Rəqəmsal məktəb” platformasında öz şagird kabinetlərinə daxil olmalı və “Tətbiqlər” bölməsində yerləşdirilmiş “Rəqəmsal köməkçi” xidmətini seçməlidirlər.

Hazırda xidmət sınaq və öyrənmə mərhələsindədir. Rəqəmsal köməkçi əsasən riyaziyyat və təbiət elmləri üzrə təlimləndirilib. Digər fənlər üzrə təlim və təkmilləşdirmə prosesi davam etdiyindən cavablarda müəyyən qeyri-dəqiqliklər ola bilər. Təqdim olunan cavablar öyrənmə prosesinə dəstək xarakteri daşıyır və zəruri hallarda müəllim izahı ilə tamamlanmalıdır.

Rəqəmsal tədris köməkçisinin istifadəyə verilməsi təhsildə rəqəmsal transformasiyanın dərinləşdirilməsi, təhsil xidmətlərinin əlçatanlığının artırılması və müasir texnologiyaların tədris prosesinə inteqrasiyası istiqamətində mühüm addımdır. Yeni həll şagirdlərin biliklərini möhkəmləndirməsinə, tədris materiallarını daha səmərəli mənimsəməsinə və öyrənməyə marağının artırılmasına xidmət edir", - məlumatda bildirilib.

Qeyd edilib ki, rəqəmsal köməkçi yerli generativ süni intellekt həlli kimi hazırlanıb və İqtisadiyyat Nazirliyinin yüksək məhsuldarlıqlı hesablama infrastrukturu üzərində, ölkə daxilində yerləşən texnoloji mühitdə yerləşdirilib: "Həllin yerli infrastrukturda yerləşdirilməsi məlumatların ölkə daxilində saxlanılması və təhsil sahəsində süni intellekt imkanlarının milli rəqəmsal ekosistem çərçivəsində inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Həllin yaradılması 2025-ci ilin sentyabrında Elm və Təhsil Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin G42 qrupuna daxil olan “Presight” şirkəti arasında təhsil sahəsində imzalanmış Anlaşma Memorandumu çərçivəsində mümkün olub. Sənəd təhsildə süni intellektin tətbiqini, şagirdlər üçün süni intellekt əsaslı mentorların, müəllimlər üçün rəqəmsal köməkçilərin hazırlanmasını, eləcə də təhsil yönümlü Azərbaycan dili modellərinin inteqrasiyasını nəzərdə tutur".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elm və Təhsil Nazirliyi və OpenAI əməkdaşlığa başlayıb

29-05-2026

“Rəqəmsal məktəb”: şagirdlər üçün müasir öyrənmə mühiti

04-02-2026

20 ali məktəb lisenziyalı “Microsoft” alətləri ilə təmin olunacaq

03-06-2026

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

21-04-2026

Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də

09-04-2026

“Rəqəmsal məktəb” platforması 500 mindən çox şagirdi əhatə edir

04-07-2025

Azərbaycan və BƏƏ növbəti Süni İntellekt üzrə əməkdaşlıq edəcək

16-09-2025

Azərbaycan və BƏƏ innovativ texnologiyaların tətbiqini müzakirə edib

10-07-2025

Rəqəmsal məktəb platforması istifadəyə verilib

07-02-2025

Təhsil naziri "Microsoft"un Qlobal Təhsil üzrə direktoru ilə görüşüb

19-05-2026

“Rəqəmsal məktəb” platforması: “Microsoft Copilot”

17-03-2026

Osman Gündüz: “Rəqəmsal məktəb” artıq AI platformasına çevrilir

21-05-2026

Nazir: Rəqəmsal məktəb layihəsi çərçivəsində "chatbot" hazırlanır

29-09-2025

Valideynlər üçün məmnuniyyət sorğusu keçirilir

19-12-2025

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin saytında ZəkAI istifadəyə verilib

13-03-2026

40 məktəbdə böyük summativ qiymətləndirmə rəqəmsallaşdırılır

01-02-2022

Osman Gündüz: Süni intellektdə yeni səhifə - Azərbaycan–BƏƏ əməkdaşlığı

17-09-2025

Rəqəmsal qaydada keçirilən qiymətləndirmənin əhatə dairəsi genişləndiriləcək

18-07-2022

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025

Rəqəmsal summativ qiymətləndirmələr keçirilir

31-10-2022

bp məktəblilər üçün rəqəmsal ingilis dili öyrənmə platforması yaradıb

25-11-2025

“Rəqəmsal bacarıqlar” layihəsi 510 min şagirdi əhatə edir

29-10-2024

Elm və Təhsil Nazirliyi süni intellekt kursunu dəyişmir - Ekspert

10-07-2025

Elm və təhsil naziri Qaxda rəqəmsal dərslərin gedişatını izləyib

26-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə