Elm və Təhsil Nazirliyi ilə Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığı çərçivəsində “Neyron.ai” platforması “Rəqəmsal məktəb” platformasına inteqrasiya olunub.
Xeberler.az məlumat verir ki, Milli Süni İntellekt Mərkəzi tərəfindən hazırlanan “Neyron.ai” interaktiv süni intellekt öyrənmə platformasıdır. Platforma şagird və müəllimlərin istifadəsinə ödənişsiz təqdim edilir.
“Neyron.ai” şagirdlərə süni intellektin əsas prinsipləri, iş mexanizmləri və gündəlik həyatda tətbiq imkanları barədə biliklər əldə etmək imkanı yaradır. Yaş xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan tədris materialları praktiki tapşırıqlar və oyun əsaslı öyrənmə elementləri ilə zənginləşdirilib. Bu yanaşma şagirdlərin yeni biliklər əldə etməsinə və onları praktikada tətbiq etməsinə şərait yaradır.
Müəllimlər isə platformadan süni intellekt sahəsində biliklərini genişləndirmək, bu texnologiyaların tədrisdə tətbiqi imkanları ilə tanış olmaq və dərs materiallarının hazırlanmasında yararlanmaq imkanı əldə edirlər.
Platformadan istifadə etmək istəyən şagird və müəllimlər “Rəqəmsal məktəb”də şəxsi kabinetlərinin “Tətbiqlər” bölməsinə daxil olaraq “Neyron AI” bölməsini seçməlidirlər.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları