Süni intellekt təhsilin rəqəmsallaşmasına ciddi təkan verə biləcək əsas texnologiyalardan biridir. Bu texnologiya təhsildə fərdi yanaşma imkanlarını genişləndirir, müəllimlərin iş yükünü azaldır və təhsil müəssisələrinin idarəetməsində səmərəliliyi artırır.
Xeberler.az məlumat verir ki, bu fikri Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Təhsildə rəqəmsallaşma” mövzusunda təlim-müzakirə sessiyası çərçivəsində jurnalistlərə müsahibəsində söyləyib. O qeyd edib ki, hazırda əsas məqsəd süni intellektdən təhsilin keyfiyyətinin yüksəldilməsi üçün daha effektiv istifadə mexanizmlərinin formalaşdırılmasıdır. Süni intellekt hər bir şagirdin bilik və bacarıqlarına uyğun fərdi öyrənmə imkanları yaratmaqla tədris prosesinin daha səmərəli təşkilinə kömək edir. Süni intellekt bəzi funksiyaları əvəz edə bilsə də, müəllimin rolunu tam əvəz etməsi yaxın perspektivdə real görünmür. Süni intellekt alətlərindən istifadə bacarığı olmayan müəllimlər gələcəkdə peşə fəaliyyətində çətinliklərlə üzləşə bilər.
O.Gündüzün fikrincə, hazırkı mərhələdə əsas diqqət süni intellektin yaratdığı imkanlardan maksimum yararlanmağa yönəldilməlidir. Gənclərin və təhsil müəssisələrinin bu texnologiyalardan səmərəli istifadəsi ölkənin rəqabətqabiliyyətliliyinin artırılması baxımından əhəmiyyət daşıyır.
Ekspert, həmçinin deyib ki, ölkə məktəblərində kompüter və internet infrastrukturunun inkişafı istiqamətində mühüm addımlar atılıb. Hazırda məktəblərin əhəmiyyətli hissəsi genişzolaqlı internetlə təmin olunub və əsas məsələ mövcud texnoloji imkanlardan tədris prosesində nə dərəcədə səmərəli istifadə edilməsidir.
Qeyd edək ki, təlim-müzakirə sessiyası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunub.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları