Previous Next
Bağla

Sahibkarlıq üzrə yoxlamalar 2021-ci ilədək uzadıldı

31-10-2017 16:24
Sahibkarlıq üzrə yoxlamalar 2021-ci ilədək uzadıldı

Bu gün Milli Məclisin plenar iclasında  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Xeberler.az APA-ya istinadən məlumat verir ki,  İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanuna dəyişiklik təklif edilir.

Onun sözlərinə görə, dəyişiklikdə Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur.

Komitə sədri əlavə edib ki, qanuna yeni maddə də əlavə edilib: "Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması bu sahədə müsbət dəyişikliyə səbəb olub.  Elə sahələr var ki, bu sahələr iqtisadi, dövlət, qida təhlükəsizliyi ilə bağlıdır. Ona görə, qanunun tətbiq dairəsi adlanan ikinci maddədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarına təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar ayrıca maddə kimi əlavə olunub.

Bu, çox vacib məsələdir. Dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi Səhiyyə Nazirliyi tərəfindən, qidaların keyfiyyətinə nəzarət isə 2018-ci ildə fəaliyyətə başlayacaq Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılacaq ".

 Millət vəkili isə Qənirə Paşayeva isə bildirib ki, bu qanunun tətbiq sahəsinə əmək müqavilələrinin yoxlanılması da daxil edilməlidir:

“Biz müəyyən sahibkarlar tərəfindən əmək müqaviləsi olmadan işçilərinin çalışması hallarının şahidi oluruq. Yaxud əmək müqaviləsində nəzərdə tutulandan aşağı məvacib verilir. Bu insanların gələcək taleyi necə olacaq. Dövlət Əmək Müfəttişliyi öz fəaliyyətini artırılmalıdır. İnsanların iş yerlərinə ehtiyacı var. Öz hüququnu qoruyan insanlar onların yerinə başqalarının gətirilməsindən ehtiyatlanır. Buna görə də onlar əmək müqaviləsi olmadan çalışmaq məcburiyyətində qalır”.

Vitse-spiker Ziyafət Əsgərov isə qeyd edib ki, sahibkarlıq sahəsində yoxlamaların dairəsini genişləndirilməyə ehtiyac yoxdur.

Qeyd edək ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti bu ilin noyabrın 1-də bitir.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna mühüm dəyişikliklər qəbul edilib

Sahibkarlıq sahəsində yoxlamalarla bağlı qanuna mühüm dəyişikliklər qəbul edilib

09-06-2023
Deputat: Azərbaycanda hər 8 nəfərdən 1-i sahibkardır

Deputat: Azərbaycanda hər 8 nəfərdən 1-i sahibkardır

04-05-2023
Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası təkmilləşdirilir

Sahibkarlıq sahəsində yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası təkmilləşdirilir

12-05-2023
Qanunsuz yoxlamalara qarşı  Qaynar xətt istifadəyə verildi

Qanunsuz yoxlamalara qarşı Qaynar xətt istifadəyə verildi

31-10-2015
Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri  yaradılacaq

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri yaradılacaq

29-09-2022
Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib

Azərbaycanda sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsinə dair layihə I oxunuşda təsdiqlənib

12-05-2023
Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

Bütün lisenziyalar ASAN xidmət-də veriləcək - Yenilənib

19-10-2015
"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqlənib

"Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun təsdiqlənib

26-01-2023
Yerüstü televiziya yayımçısının lisenziyası üçün rüsum 10 dəfə azaldılır

Yerüstü televiziya yayımçısının lisenziyası üçün rüsum 10 dəfə azaldılır

02-03-2022
“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edilir

03-03-2025
Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017
Qida sahəsində yeni elektron xidmətlər

Qida sahəsində yeni elektron xidmətlər

05-12-2022
Radiomaneələrin qarşısının alınması qaydası dəyişdi

Radiomaneələrin qarşısının alınması qaydası dəyişdi

13-01-2024
Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

Nazir müavini: "Azərbaycanda İKT sahəsində ciddi mütəxəssis qıtlığı var"

19-12-2022
Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

Azərbaycanda dərman vasitələrinin dövlət reyestri aparılacaq

20-06-2023
Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

Əcnəbi İKT mütəxəssislərə Azərbaycanda yaşamaq icazəsi veriləcək

19-12-2022
Tahir Mirkişili: "Daşımalarla bağlı icazə sistemi təkmilləşdirilir"

Tahir Mirkişili: "Daşımalarla bağlı icazə sistemi təkmilləşdirilir"

12-06-2023
Deputat: "Uçuşların təhlükəsizliyinin ən yüksək səviyyədə olması iqtisadi inkişafa müsbət təsir göstərəcək"

Deputat: "Uçuşların təhlükəsizliyinin ən yüksək səviyyədə olması iqtisadi inkişafa müsbət təsir göstərəcək"

18-10-2023
Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

Azərbaycanda kosmik fəaliyyətin prinsipləri müəyyən olunur

11-05-2023
Səyyar monitorinqlər davam edir

Səyyar monitorinqlər davam edir

26-10-2017
Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025
Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

Rəqəmsal texnologiya istehsalçılarına güzəştlər müəyyən ediləcək

17-06-2026
Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

Dövlət agentliyi sahibkarların siyahısını tutacaq

18-04-2019
“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

“İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklik edilir

19-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə