Saməddin Əsədov: “Türksat” şirkəti bizdən onların tutumlarını xaricdə satmağı xahiş edir

11-05-2023 / 13:32

Biz fəaliyyətə başlayanda əsasən xarici bazara kökləndik. Düşünürdük ki, daxili bazarda peyk xidmətlərinə elə də tələbat olmaya bilər.

Xeberler.az məlumat verir ki, bunu “Azərkosmos” İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında bildirib.

“Türkiyənin “Türksat” şirkəti belə bizdən xahiş edir ki, onların tutumlarını xaricdə sataq. Çünki onlar ancaq öz ölkələrində sata bilirlər, lakin Azərbaycanın 42 ölkədə 182 müştərisi var. Onların əksəriyyəti Şərqi Avropa, Mərkəzi Asiya və Afrika dövlətləridir”, - deyə Saməddin Əsədov qeyd edib


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə